Əsas Səhifə > Partiya > ŞOK İDDİA: ASƏF QULİYEV MƏŞHURLARI HƏDƏFƏ ALACAQ

ŞOK İDDİA: ASƏF QULİYEV MƏŞHURLARI HƏDƏFƏ ALACAQ


21-10-2013, 12:14
ŞOK İDDİA: ASƏF QULİYEV MƏŞHURLARI HƏDƏFƏ ALACAQ
AXCP sədrinin müavini, Milli Şuranın Mitinq Komitəsinin sədri Asəf Quliyevin seçkilər ərəfəsində qəfildən istefa verməsi son günlərin an çox dartışılan tapmacalarından oldu. İstefasının səbəblərini yalnız seçkidən sonra açıqlayacağını deyən keçmiş AXCP funksionerini bu günədək danışdırmaq mümkün olmayıb. Jurnalistlərin bütün cəhdlərinə rəğmən onun gələcək planları barədə tutarlı məlumat əldə etmək müşkülə dönüb.

Nəhayət, Moderator.az bu müəmmaya qismən aydınlıq gətirməyə müvəffəq olub. Sən demə, Asəf bəy saman altdan su yeridirmiş və bu həftənin bazar günü naxçıvanlı ziyalıların toplantısını keçirmək üçün hərəkətə keçibmiş. Bu barədə saytımıza məlumatı dəvətlilərdən biri verib. Onun bildirdiyinə görə toplantıda konkret hansı qərarların qəbul ediləcəyi hələlik sirr saxlanılsa da bir şey bəllidir ki, artıq düyməyə basılıb və tezliklə Asəf Quliyev sükutu pozacaq, bəzi sürpriz bəyanatlar və istefalar gündəmi tozanağa bürüyəcək. Bəzi detallar bizə məlum olsa da bunu indidən açıqlamağa lüzum görmürük. Ancaq bəzi məhşurlar barəsində inanılmaz ittihamlar eşidəcəyinizə zəmanət veririk.

Geri qayıt