Əsas Səhifə > Ölkə, Manşet > NAZİRİN QOHUMU XALQI PREZİDENTƏ QARŞI QOYUR

NAZİRİN QOHUMU XALQI PREZİDENTƏ QARŞI QOYUR


23-01-2012, 16:45
NAZİRİN QOHUMU XALQI PREZİDENTƏ QARŞI QOYUR

ZİYA MƏMMƏDOVUN QARDAŞI OĞLU BARƏDƏ ŞOK FAKTLAR

DİA.AZ: - Bu gün Nəqliyyat naziri Ziya Məmmədovun qoçuları qədər cəmiyyətdə gərginlik yaradan, əhalini ölkə başçısı İlham Əliyev cənablarından narazı salan ikinci qüvvə yoxdur. Nazirin qoçularından şikayətçi olanların sayı durmadan artır.

Azərbaycanda fəaliyyət göstərən “KOLİN” şirkətində çalışan düz 99 nəfər işçi nazirin qardaşı oğlu Namiq Məmmədovdan şikayətçidir.

Öncə “Kolin” şirkəti barədə qısa məlumat verək.

“Kolin” şirkətlər qrupunun təməli 1977-ci ildə qoyulub. Qurulduğu gündən bu yana Türkiyənin ən güclü şirkətləri arasında yer alıb. “Kolin” şirkəti əsasən inşaat, enerji, liman tikintisi, gəmiqayırma, mədənçilik, turizm fəaliyyətində işlər görür. İnşaat sahəsində 35 illik fəaliyyəti dövründə “Kolin” şirkəti texniki imkanları ilə bir çox iri layihələrə imza atıb. “Kolin” şirkəti Uqandadan Serbiyaya, Liviyadan Azərbaycana qədər geniş bir ərazidə fəaliyyət göstərir. Şirkətin Türkiyədəki prezidenti Kamal bəy, Azərbaycandakı nümayəndəsi isə Mehmet Şendir.

“Kolin” şirkəti hazırda Hacıqabul-Bəhrəmtəpə avtomobil yolundakı, Kür çayı üzərindəki körpünün yenidən qurulması ilə məşğuldur.

2011-ci ildə “Kolin” şirkəti uzunluğu 112 kilometr olan Hacıqabul-Horadiz yolunun yenidən çəkilməsi üçün elan edilən tenderi udub. Və 5 aydan artıqdır ki, bu istiqamətdə işlər uğurla gedir. Şirkət öz şəxsi maşınları olan yerli vətəndaşlarla, fiziki şəxslərlə, xırda sahibkarlarla, fəhlələrlə ikitərəfli müqavilə bağlayaraq yolun çəkilişini həyata keçirir. Fəhlələrin, işçilərin şirkətdən heç bir narazılığı yoxdur. Vaxtında maaşlarını alırlar və öz işlərinə məsuliyyətlə yanaşırlar.

Ancaq 2012-ci ilin ilk günlərindən Baş Prokurorluqda xüsusi köməkçi kimi çalışan, nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Namiq Məmmədov əmisinin imkanlarından istifadə edərək şirkətin işlərinə maneə olur. Beləki, Namiq Məmmədovun dostları Vüqar və Şahinin “Mentranss” adlı şirkəti var. Bunlar arada maklerlik edib pulları götürmək istəyirlər. Bunlar “Kolin” şirkətinin rəhbərliyindən tələb edirlər ki, 100-ə yaxın işçi ilə ikitərəfli əmək müqaviləsini poz və müqaviləni bizim “Mentranss” şirkəti ilə bağla və həmin işçiləri biz yenidən aşağı əməkhaqqı ilə işə götürək. Aradakı 20-30 min manat fərqi isə biz alaq. Bu oyunları nazirin qardaşı oğlu, prokurorluq işçisi olan Namiq Məmmədov oynayır.

Nəqliyyat naziri Ziya Məmmədov isə əlində olan imkanlar vasitəsilə şirkətə təzyiq edir ki, yüzlərlə işçi ilə müqaviləni poz və işi bütövlükdə Namiq Məmmədova, daha doğrusu, onun “makler” dostu Vüqarın “Mentranss” şirkətinə ver. Bir soruşan yoxdur ki, Namiq Məmmədov hara, yol tikintisi hara. Namiq Məmmədov Baş Prokurorluğun işçisidir axı”.

Şikayətçilər onu da deyir ki, Ziya Məmmədov şirkətlə müqavilə bağlayan maşın sahiblərinə hər cür əngəl törətməyə çalışır: “Şirkətin 100-dən artıq işçisi Namiq Məmmədovun dəstəsi ilə işləmək istəmir. Birincisi, Namiq Məmmədovun dəstəsi işçilərə az maaş vermək və qalan pulu özləri götürmək istəyir. Nəqliyyat Nazirliyi “Kolin” şirkəti ilə əmək müqaviləsi bağlayan şəxsi maşın sahiblərini əlindəki müxtəlif vasitələrlə incidir, maşınları yollarda saxlayır və onlara işləməyə imkan vermir. “Kolin” şirkətinin Azərbaycandakı rəhbəri Mehmet Şendən tələb edir ki, yüzlərlə işçi ilə əmək müqaviləsini poz və işi bizə ver”.

İşçilər yazır ki, bu yaxınlarda Namiq Məmmədovla görüşüblər. Namiq Məmmədov işçilərə deyib ki, mən kiməm ki “qərarı bizim ağsaqqalımız Ziya Məmmədov verib”.

Şikayətçilər bildirir ki, bizim üçün ölkənin ağsaqqalı prezident İlham Əliyevdir. Və köməyi cənab ölkə başçısından gözləyirik. Eyni zamanda işçilər yaxın günlərdə mətbuat konfransı keçirəcəklərini də deyirlər. Onlar hüquqlarının qorunmasını tələb edirlər. Şirkətin əməkdaşları onların hüquqlarının bərpa olunmayacağı təqdirdə Prezident Administrasiyası qarşısında etiraz aksiyası keçirəcəklərini də bildirilər: “Biz öz hüquqlarımızı qoruyuruq. Şirkətdən birbaşa pulumuzu alırıq. Nazirin qardaşı oğlu isə həmin pulları şirkətdən özü alıb bizə vermək istəyir. Məqsədi aradakı 20-30 min manata sahib olmaqdır. Prezident İlham Əliyev 20 nəfərlik iş yerinin açılışında da iştirak edir. Ancaq Ziya Məmmədov 100-dən çox işçini işsiz qoymaq istəyir”.

99 nəfər şikayətçi

1. Həsənov Vüqar Əliəşrəf o, AZE 04749180, Qazi-Məmməd ş
2. Abdullayev İmran Azay 0, AZE 0381204, Əli-Bayramlı ş
3. Şəfiyev Taleh Niyyət o, AZE 02613631, Sabirabad ş
4. Zülfüqarov Arif Mirzəxan o, AZE 05785431, Qazi-Məmməd ş
5. Məmmədov Nicat Sərhəddin o, AZE 06563083, Sabirabad ş
6. Əhmədov Oqtay Əhmədəli o, AZE 03081213, Əli-Bayramlı ş
7. Şəfiyev Orxan Taleh o, AZE 08145809, Əli-Bayramlı ş
8. Əbilov Calal Rahib o, AZE 01374922, Salyan ş
9. Əhmədov İbrahim Pilağa o, AZE 03653802, Əli-Bayramlı ş
10.Ağayev Mehman Tədbir o, AZE 05063313, İmişli ş

Və başqaları

Hazırladı: Akif Bədəlov

Geri qayıt