Əsas Səhifə > Güney Press, Araşdırma > AĞCABƏDİNİN İCRA BAŞÇISI SAĞLAMLIĞIMIZI HƏDƏFƏ ALIR

AĞCABƏDİNİN İCRA BAŞÇISI SAĞLAMLIĞIMIZI HƏDƏFƏ ALIR


18-10-2013, 15:15
AĞCABƏDİNİN İCRA BAŞÇISI SAĞLAMLIĞIMIZI HƏDƏFƏ ALIR
Ağcabədi rayonunda vəziyyət heç də ürək açan deyil. Xüsusiylə ilarə və təşkilat rəhbərləri rayon icra başçısı Şahin Məmmədovun terrorundan cana doyublar.

Bu barədə Ağcabədidən ünvanlanan məlumatda bildirilir ki, Artıq bir neçə ildir kim, Ağcabədi rayonunda hökm sürən «rejim»in adını qoymaqda çətinlik çəkirlər. Belə ki, icra başçısı ŞahinMəmmədov ictimai yerlərdə idarə və təşkilat rəhbərliəni, həmçinin sadə vətəndaşları söyüb hədələməklə məşğuldur. Başçının «ağzana» bələd olan Ağcabədi sakinləri isə ondan uzaq durmağa çalışırlar. Rayonda müəyyən abadlıq işləri aparılsa da, bu abadlıq işlərini rayonunun sadə vətəndaşlarından tutmuş, kiçik və orta biznesdə çalışan, həmçinin idarə və müəssisələrin rəhbərlərinin üzərinə yüklənib.

Bildirilir ki, Şahin Məmmədov rayonun abadaşdırılması üçün ayrılan pulları silərək görülən işləri rayon sakinlərinin və idarələrin üzərinə qoyub. Artıq bir neçə ildir ki, bu vəziyyət davam edir. Hələ üstəlik öz «hesablarından» iş görən şəxslər söyüşlərlə də mükafatlandırırlırlar. Bundan başqa orta biznes sahiblərindən, həmçinin idarə müdirlərindən başçı aylıq «haqq»da tələb edir. Bu üzdən rayonda hazırda korrupsiya və məniməsə hallırı cəngəllik prinsipləri ilə böyüyür. Çünki tam olaraq istismar olunan məmurlar itirdiklərini dövlətdən oğurlamaqla bərpa etməyə çalışırlar. Mənbə bildirir ki, əgər bu gün rayonda normal yoxlamalar aparılsa, o zaman rayonda korrupsiyanın həcmi şok effekti yaradar.

Məlumata əsasən 2013-cü ildə Ağcadəi raoynuna külli-miqdarda dövlət vəsaiti ayrılıb. Həmin milyonlarla mantı təşkil edib. Lakin bu vəsaitin 70-80 faizinin hara yoxa çıxmasını yalnız icra başçısı və onun bir neçə yaxını bilir. Misal üçün bildirilir ki, Ağcabədi kənd yollarının təmiri və bərpası üçün ayrılan külli miqdarda vəsaitin hara yox çıxmasını heç kim bilmir. Bunun müqabilində sənədlərdə bərpa olunan yollar kimi qeyd olunan kənd yollarına bir neçə maşın qrabil tökülüb. Həmin qrabili isə Agcabəddi Yol İstismar İdarəsinin rəhbəri öz hesabına tökdürüb.

Məlumatda o da qeyd olunur ki, bu gün Bakı şəhrinin bir çox iaşə müəssisələrini ətlə təmin edən Ağcabədi Ət Kombinatı Şahin Məmmədova məxsusdur. Qeyd olunan həmin Ət Kombinatı ətraf rayonlardan heyvanları alaraq kəsimdən sonra Bakıya yollayır. Məlumatda bildirilir ki, daha çox gəlir əldə etmək məqsədi ilə tələf olmuş heyvanları qəpik-quruşa alaraq kəsim işlərini həyata keçirdikdən sonra Bakıya yollayırlar.

Ölü heyvan toplayan işbazlar icra başçısının Ət Kombinatı ilə anlaşaraq ətraf rayonlarıdakı tələf olmuş xəstə heyvanları toplayaraq kombinata təhfil verirlər. Xüsusəndə hazırda Kənd Təsərrüfatı Nazirliynin təşkil etdiyi ənənəvi yarmarkalarda böyük qisimdə ölu heyvanların əti satılır. Kənd Təsərrüfatı Nazirliyi isə bazara uğuz ət çıxarmaq adı altında bu biabırçılığa göz yumaraq birbaşa əhalinin sağlamlığı ilə alver edirlər.

Qeyd edək ki, bu barədə araşdırmamız davam edir…

Qarşı tərfin mövqeini dərc etməyə hazırıq…( pia.az)

Geri qayıt