Əsas Səhifə > Cəmiyyət, Manşet > «AZƏRBAYCAN SİONİST TƏLƏSİNƏ DÜŞMƏSİN»
«AZƏRBAYCAN SİONİST TƏLƏSİNƏ DÜŞMƏSİN»23-01-2012, 13:19 |
İRAN BAKIDAKI TERRORÇULARININ İFŞASINA REAKSİYA VERDİ DİA.AZ: - Son günlər İran-Azərbaycan münasibətlərində gərginlik yeni müstəviyə qədəm qoymaq üzərədir. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində İranın Bakıda terror planına imza atması faktı artıq iki ölkədə böyük rezonans yaradıb. Doğrudur, bəzi analitiklər belə bir planın mövcudluğunu şübhəyə alırlar. Amma daha ciddi qaynaqlardan sızan informasiyalar təsdiqləyir ki, həqiqətən də İranın Bakıda terror aksiyalarının təşkili ilə bağlı niyyəti olub və bu mühüm faktlar azərbaycanın xüsui xidmət orqanlarına xarici qaynaqlardan ötürülüb. Digər tərəfdən, İranın artıq Azərbaycanda bir siyasi qətlə imza atması və eyni zamanda molla rejiminin Azərbaycana qarşı açıq-aşkar düşmənçilik mövqeyi tutaraq Qarabağ torpaqlarını işğal etmiş Ermənistana dəstək verməsi, Ermənistan kəşfiyyatını Azərbaycan əleyhinə məlumatlandırması və digər bu kimi faktlar da təsdiqləyir ki, həqiqətən də Tehran hökuməti Azərbaycanda vəziyyətin gərginləşməsində maraqlıdır. Onu da bildirək ki, Tehranın Azərbaycandakı nümayəndəliyi artıq məsələyə öz münasibətini bildirib və bunun İrana qarşı qarayaxma olduğunu bəyan edib. Amma istənilən halda Azərbaycan MTN-ni kimi ciddi bir strukturun münasibətlərin mövcud həssaslığı şəraitində hansısa saxta manipulyativ gedişlər hesabına fərql məramlara xidmət edə biləcəyini söyləmək mümkün deyil. Yəni İran həqiqətən də Azərbaycanda terror aktı tədarükündə olub və bu niyyətlərindən günü bu gün də daşınmayıblar. Onu da bildirək ki, artıq rəsmi Tehran bu məsələ ilə bağlı münasibətlərini açıqlamaqdadır. Bu barədə «arannyus» portalı «Fars» agentliyinə istinadən məlumat yayıb və həmin məlumatı olduğu kimi diqqətinizə çatdırırıq: «İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədri Əlaəddin Bürucerdi "Fars" müxbirinə müsahibəsində ölkədə terror aktı həyata keçirmək istəyən şəxslərin Azərbaycan Respublikasında həbs edilməsi və İrana nisbət verilməsi xəbəri barədə dedi: "Bu tanınmış metodlar artıq köhnəlmişdir və bunu ölkələrin kəşfiyyat orqanları iki ölkə, İran və Azərbaycanın əlaqələrində mənfi sfera yaratmaq məqsədilə həyata keçirirlər". O, Azərbaycan Respublikasının əsas problemini İran İslam Respublikasının tanınmış düşməni olan sionist rejiminin çoxdandır ki, bu ölkədə fəal hüzuru olduğunu bildirərək dedi: "Mən inanıram ki, bu mövzu "Mossad"ın planlarındandır və İran-Azərbaycan əlaqələri zəminində azəri tərəf üçün qurulmuş tələdir". Milli təhlükəsizlik komissiyasının sədri müsahibəsinin davamında Azərbaycan tərəfini bu konspirasiya qarşısında məntiqli addım atmasını və tələyə düşməməsini istədi. Bürucerdi, İran və Azərbaycanı iki qonşu ölkə adlandıraraq sionist rejimi hər iki müsəlman millətin ortaq düşməni olduğunu qeyd etdi. O, belə xəbərlərin saxta və yalan olduğunu bildirərək dedi: "Azərbaycanın öz qonşu ölkələri ilə əlaqələrini xarab etmək üçün planlar hazırlanır. Bundan əlavə İran qorxusu projesi də bu yönümdə davamlı olaraq atılan addımlardandır". Milli təhlükəsizlik komissiyasının sədribu mövzuda bundan qabaq da Xarici İşlər Nazirliyindən suallar olunduğunu və bunun təzə mövzu olmamasını açıqlayaraq dedi: "Bu mövzu XİN-nin qarşısında olan Azərbaycanla əlaqələrin nizamlanmasına, İslam İnqilabı düşmənlərinin planlaşdırdığı və həyata keçirmək istədiyi konspirasiya ilə mübarizəyə şamil olan önəmli və həssas mövzularındandır"». Geri qayıt |