Əsas Səhifə > Şou-biznes > “GƏNCLƏR PULU YARADICILIQDAN KƏNAR YOLLA QAZANIR”

“GƏNCLƏR PULU YARADICILIQDAN KƏNAR YOLLA QAZANIR”


23-01-2012, 13:01
“GƏNCLƏR PULU YARADICILIQDAN KƏNAR YOLLA QAZANIR”

ƏMƏKDAR ARTİSTDƏN SƏRT İTTİHAM

Əməkdar artist Gülüstan Əliyeva yerli telekanallardan birinə açıqlamasında gənc ifaçıların onu əsəbləşdirdiyini söyləyib.

Məlumata görə, o, gənclərin əksəriyyətinin uğuru yaradıcılıqdan kənar yollarla qazandığını bildirib.

"Mən ali məktəblərdə muğam tədris edirəm və görürəm ki, onlar yaradıcılıq haqda düşünmək əvəzinə, tamamilə başqa şeylər haqda fikirləşirlər. Artıq gənc yaşlarında bütün biclikləri bilirlər. Mən onların yaşında olanda belə şeylər düşünmürdüm. Ola bilsin ki, günah onların yaşadıqları dövrdədir. Gənc ifaçılar anlamalıdırlar ki, onlarda istedad varsa, mütləq önə çıxa biləcəklər", - deyə G.Əliyeva bildirib.


Geri qayıt