Əsas Səhifə > Ölkə, Manşet > İSMƏT ABBASOV VƏ QƏRİB MƏMMƏDOV ÇƏTİN DURUMDA
İSMƏT ABBASOV VƏ QƏRİB MƏMMƏDOV ÇƏTİN DURUMDA17-10-2013, 15:58 |
NAZİR MÜAVİNİ HƏBSƏ HAZIRLANIR DİA.AZ: - Redaksiyamıza Nazirlər Kabinetinin tərkibində gözlənilən dəyişikliklərlə bağlı yeni məlumatlar daxil olub. Xatırladaq ki: keçən günlərdə yeni kabinetdə kimlərin yer almayacağı ilə bağlı müəyyən bilgiləri diqqətinizə təqdim etmişdik və siyahını da diqqətinizə çatdırmışdıq. Həmin tərkibdən də aydın olurdu ki, Rasi-zadə Artur Tahir oğlu - Baş nazir Əfəndiyev Elçin İlyas oğlu - Baş nazirin müavini Həsənov Əli Şamil oğlu - Baş nazirin müavini, Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Şərifov Abid Qoca oğlu - Baş nazirin müavini Məmmədov Fazil Əsəd oğlu - Vergilər naziri Mustafayev Şahin Abdulla oğlu - Iqtisadi inkişaf naziri Abasov İsmət Dursun oğlu - Kənd təsərrüfatı naziri Əliyev Natiq Ağaəmi oğlu - Sənaye və energetika naziri Bağırov Hüseynqulu Seyid oğlu - Ekologiya və təbii sərvətlər naziri Məmmədov Ziya Ərzuman oğlu - Nəqliyyat naziri Əliyev Aydın Əli oğlu - Dövlət Gömrük Komitəsinin sədri Məmmədov Qərib Şamil oğlu - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri İbrahimov Nazim Hüseyn oğlu - Diaspora ilə İş üzrə Dövlət Komitəsinin sədri Müslümov Səlim Yanvar oğlu - Dövlət Sosial Müdafiə Fondunun sədri Həsənov Kərəm Əvəz oğlu - Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Rəhimov Arzu Yusif oğlu - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifələrindən azad ediləcəklər. Bu barədə DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, artıq kənd təsərrüfatı naziri İsmət Abbasov və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov yır-yığış əhval-ruhiyyəsindədirlər. Məlumatlı mənbənin iddialarına görə, hər iki dövlət qurumu yeni rəhbərliyin gəlişinə hazırlanır. Bu arada redaksiyamıza maraqlı bir məlumat da daxil olub. Bildirilir ki, İsmət Abbasovun nazirliyində onunla bərabər rəhbərlikdən daha iki nəfərin də eyni gündə vəzifəsindən alınması gözlənilir. Mənbəmiz iddia edir ki, həmin şəxslərdən birinin həbsi belə mümkündür: «Həmin fakt üzrə neçə müddətdir ki, istintaq materialları toplanılır. Söhbət qondarma təsərrüfatlar hesabına dövlətə külli miqdarda ziyan vurmaqdan gedir. Və bu işdə İsmət Abbasovun müavinlərindən birinə qarşı konkret ittiham irəli sürüləcək». Geri qayıt |