Əsas Səhifə > Ölkə, Manşet > SALYANDA BÖYÜK YEYNTİ HƏYƏCANI YAŞANILIR
SALYANDA BÖYÜK YEYNTİ HƏYƏCANI YAŞANILIR17-10-2013, 14:59 |
İCRA BAŞÇISININ GÜDAZINA DAHA KİM GEDİR? DİA.AZ: - Keçən günlərdə məlumat verərək bildirmişdik ki, bir sıra rayon icra hakimiyyəti başçıları məhz maliyyə maxinasiyaları səbəbindən hədəfə çevriliblər. DİA.AZ-ın əldə etdiyi bilgilərdən aydın olur ki, onların sırasında Salyan rayon icra hakimiyyətinin başçısı Tahir Kərimov da var. Bu barədə redaksiyamızı məlumatlandıran mötəbər mənbənin sözlərinə görə, artıq Tahir Kərimovun maliyyə yeyintiləri ilə bağlı təftiş qərarı verilib: «Həm maliyyə nazirliyinin və həm də Hesablama Palatasının ekspertləri hazırda Salyan rayonuna ayrılan büdcə vəsaitlərinin xərclənməsini araşdırır». Mənbəmiz iddia edir ki, bu yoxlamalar təkcə Tahir Kərimovun vəzifəsindən alınması ilə yekunlaşmayacaq: «Tahir Kərimovun özü də olmasa, yerli maliyyə idarəsinin müdirinin həbsi qaçılmazdır». Mövzu diqqətimizdədir. Qarşı tərəfin də mövqeyini diqqətinizə çatdıracağıq. Bizi izləyin… Geri qayıt |