Əsas Səhifə > Siyasət, Manşet > HƏTTA YAPONLAR DA BİZİM KORRPUSİYA İLƏ BACARMADI

HƏTTA YAPONLAR DA BİZİM KORRPUSİYA İLƏ BACARMADI


17-10-2013, 09:13
HƏTTA YAPONLAR DA BİZİM KORRPUSİYA İLƏ BACARMADI
YAPON QEYRİ-ADİLİYİ ŞİRVAN ŞƏHƏRİ HÜDUDLARI İÇİNDƏ İŞƏ YARAMADI

DİA.AZ: - Yaxın vaxtlarda keyfiyyətli içməli su ilə təmin olunacaqlarına ümid edən Şirvan sakinləri növbəti dəfə məyusluq hissini yaşamaqdadırlar. Bu barədə DİA.AZ “infom.az”a istinadən məlumat verir. Belə ki, artıq bir aydır Şirvanda su xətlərinin çəkilişi işləri dayandırılıb və inşaatçılar ödənişsiz məzuniyyətə göndəriliblər. Bir neçə briqadadan yalnız 10 nəfər qalıb ki, onlar da xırda işləri həyata keçirirlər.

Vətəndaş Nəzarəti Şəbəkəsi Şirvan İşçi Qrupunun bu ilin sentyabrın 20-də keçirdiyi monitorinq zamanı məlum oldu ki, şəhərin yeni yaşayış massivində su xətləri çəkilmiş 2 min abonentin yalnız 720-sinə sayğac quraşdırılıb. Buna görə də paylayıcı xətlərin çoxuna su vurulmur və abonenetlərin böyük qismi su qıtlığından əziyyət çəkməkdədir. Sayğacların qalanının nə vaxt gətiriləcəyi isə məlum deyil. Tikintiyə rəhbərlik edən sahə rəisinin sözlərinə görə, əgər onun çalışdığı “Hidro-İnşaat Servis” MMC yenidən tenderdə qalib gəlib layihə götürə bilsə, yaxın zamanlarda tikinti işlərini davam etdirəcək.

Xatirladaq ki, Şirvan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Azərbaycan hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentlyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində həyata keçirilir. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən Şirvan şəhərində su və kanalizasiya sisteminin yenidən qurulması 2011-ci ildə başa çatmalı idi.

Görünür bizimkilər yaponları da yoldan çıxarıblar. Ya da yaponlar bizim yolumuzdan çıxmayacağımızı görüb, əllərini üzüblər...

Geri qayıt