Əsas Səhifə > Gündəm, Manşet > BÜTÜN AZƏRBAYCAN ORXANA SAHİB ÇIXMALIDIR

BÜTÜN AZƏRBAYCAN ORXANA SAHİB ÇIXMALIDIR


17-10-2013, 09:04
BÜTÜN AZƏRBAYCAN ORXANA SAHİB ÇIXMALIDIR
MÖHTƏRƏM ABBAS ABBASOV ONDAN İMTİNA ETSƏ DƏ, ONU TƏK QOYSA DA…

DİA.AZ: - Bu gün Rusiyada bir şou göstərilir. Millətçilərin şousu. Rusiya onsuz da hər zaman millətçi olub. Maraqlıdır ki, tarixə görə onlar yaranışlarına görə, bir millət olaraq formalaşmalarına görə bizə - biz türklərə borcludurlar. Amma hər zaman şahidi olduq ki, buk imi TARİXİ GERÇƏKLİKLƏR biz Azərbaycan türklərinin ehtiraslarını söndürməkdən başqa heç nəyə yaramır və mənasız, heç bir səmərə verməyən millətçi xudpəsəndliyimizə bir təskinlik təsiri bağışlayır.

Fakt isə budur ki, ruslar bu gün «soyköklərindən» çox aralı düşərək Azərbaycan türklərinə qarşı bir savaş açıblar.

Abbas Abbasov Rusiyada yaşayan soydaşlarımıza deyir ki, təmkinli olun…

Başqa şansımız varmı, cənab Abbas Aydınoviç?!

Başqa nə edə bilərik ki? Nəinki Rusiyada, hətta Azərbaycanda oturub da heç nə etmək iqtidarında deyilik.

Ona görə də Orxanın təpiklənən, işgəncə görən halını əsəblərimizin üstündən su içərək seyr edirik. Ürəyimiz ağrısa belə, ürəyimizi sancsa belə, bu hadisəni sükutla seyr edirik. Çünki BİZ ÇOX KİÇİK MİLLƏTİK VƏ ÇOX KİÇİK DÖVLƏTİK.

Tammam, Orxan o Yeqor gədəsini öldürüb, amma bu halda belə əsas yaranmırdı ki, onu məhz o şəkildə yaxalasınlar.

Hə, bayırda ruslar dünyanı dağıdırdı? Yəni əsəbi rus millətçilərinin könüllərini xoş etmək lazım idi? Buna görə də Orxan kötəklənməli, aşağılanmalı idi?

Təbii ki, bu da bir nağıldır. Çünki bayırdakı tamaşanın ssenari müəllifi də elə Orxanı kötəkləyərək bu tamaşanı pik nöqtəsinə çatdıranlar idi.

Sadəcə olaraq bizlər bir millət olub öz vətəndaşımıza VƏTƏN sahibliyini etməliyik. Ona sahib çıxmalıyıq. Orxan nə qədər qatı cinayətkar olsa da, bizdən biridir, bizim bir parçamızdır…

Azər - DİA.AZ

Geri qayıt