Əsas Səhifə > Sosial, Manşet > BAKIDAN MOSKVAYA HƏDƏ: «ŞİDDƏTİ DAYANDIRIN!»

BAKIDAN MOSKVAYA HƏDƏ: «ŞİDDƏTİ DAYANDIRIN!»


16-10-2013, 11:49
BAKIDAN MOSKVAYA HƏDƏ: «ŞİDDƏTİ DAYANDIRIN!»
GƏNCLƏR TƏŞKİLATLARI RUSİYADA BAŞ VERƏNLƏRƏ SƏRT REAKSİYA VERDİ

DİA.AZ: - Rusiyada azərbaycanlılara qarşı son günlər müşahidə olunan rus vəhşiliyi haqlı olaraq ölkəmizdə böyük hiddətlə qarşılanıb. Elə DİA.AZ-ın elektron ünvanına daxil olan müraciətdən də anlaşılanı odur ki, Rusiyada yaşanılanları Bakıda sakitliklə seyr etməyəcəklər.

Bir qrup gənclər təşkilatı adından imzalanan müraciətdə deyilir: «Bu gün Rusiyada baş verənlər Kremlin qafqazlılarla davam etməkdə olan 300 illik savaşının davamıdır. Rusiya işğalından sonra Qafqaz xalqları ağlasığmaz vəhşiliklərə məruz qalıb və bu gün də rus vəhşiliyi Moskva küçələrində müşahidə olunmaqdadır.

Hətta ruslar qatil kimi təqdim etdikləri Orxan Zeynalovu həbs edərkən də özlərinin vəhşi mahiyyətlərini gizlətmədilər. Rusiyanın hətta nazirinin belə öz xislətinə uyğun tərzdə hələ cinayəti sübut olunmamış bir şəxslə davranması artıq Kremlin Qafqaza, xüsusən də Azərbaycana olan düşmən münasibətinin təzahürü kimi qəbul edilməlidir».

Gənclər təşkilatlarının nümayəndələri bildirir ki, əgər Rusiyada Azərbaycan türklərinə qarşı vəhşiliklər durdurulmazsa, adekvat cavab veriləcək: «Biz də eyni qaydada ruslara qarşı yürüşə keçəcəyik. Biz Rusiyada yaşayan bacı və qardaşlarımızın həyatının risq altında olmasını sakit şəkildə seyr edə bilmərik».

Geri qayıt