Əsas Səhifə > Siyasət, Manşet > NARAZI VƏTƏNDAŞ GÖMRÜKÇÜLƏRİ MƏHKƏMƏYƏ VERİR

NARAZI VƏTƏNDAŞ GÖMRÜKÇÜLƏRİ MƏHKƏMƏYƏ VERİR


16-10-2013, 11:18
NARAZI VƏTƏNDAŞ GÖMRÜKÇÜLƏRİ MƏHKƏMƏYƏ VERİR
GÜRCÜSTAN-AZƏRBAYCAN SƏRHƏDDİNDƏ YARANAN «QURBAN BAYRAMI TIXACI»

DİA.AZ: - Gürcüstandan olan soydaşlarımız Qırmızı Körpü sərhəd-keçid məntəqəsindəki özbaşınalıqlardan şikayətçidirlər. DİA.AZ-a müraciət edən Vüsal Yusubov bildirir ki, Qurban Bayramı ilə əlaqədar doğulub, böyüdüyü Gürcüstan ərazisinə getmək istəsə də, buna nail ola bilməyib.

Narazı vətəndaş redaksiyamıza yazır: «Düz gün yarım bizi «Qırmızı Körpü sərhəd-keçid məntəqəsində saxladılar. Minə yaxın maşın gömrükçülərin qanunsuz yoxlamalarına məruz qalmaqda idi. Və hər bir maşina az qala 20-30 dəqiqə vaxt ayıran gömrükçülərin bu özbaşınalığı nəticəsində mən bayramı elə gömrükdə - tıxacda qeyd etmək zorunda qaldım».

Vətəndaş bildirir ki, bununla bağlı rəhbərliyə şikayət etmək istəsə də alınmayıb: «Öyrəndim ki, əslində gömrükçülərin Gürcüstana gedən maşınları yoxlaması, sən demə, pulyığımı ilə bağlı imiş. Adam başına 20 manatdan pul yığırdılar. Kim pulu vermirdisə, ona da əlavə problemlər yaradılırdı. Halbuki sərhəddin o tayında - Gürcüstan hissəsində eyni proses uzağı 1 dəqiqəyə həyata keçirilirdi və tıxac-filan da yox idi».

Artıq geriyə - Bakıya qayıtdığını deyən narazı vətəndaş bildirir ki, başına gələn hadisə ilə əlaqədar məhkəməyə müraciət etməyə hazırlaşır: «İnsanlarla bu cür rəftar həm cinayətdir, həm də Allah qarşısında günahdır. İnsanlarımız bayramı qeyd etməyə gedirdilər, cinayət törətməyə yox».

Geri qayıt