Əsas Səhifə > Ölkə, Manşet > HANSI NAZİRLƏR DİNƏ HƏDDƏN-ARTIQ BAĞLIDIR?

HANSI NAZİRLƏR DİNƏ HƏDDƏN-ARTIQ BAĞLIDIR?


14-10-2013, 15:32
HANSI NAZİRLƏR DİNƏ HƏDDƏN-ARTIQ BAĞLIDIR?
DİA.AZ ŞOK MƏQAMLARI ÜZƏ ÇIXARDI

DİA.AZ: - Təbii ki, bu gün nazirlərimizin gündəlik yaşam tərzi ictimaiyyət üçün olduqca maraqlı məqamlardan biri kimi diqqətə gəlməkdədir. Və bu, əslində normal bir təzahürdür. Ən azından ona görə ki, cəmiyyətimiz - həm də bütün cəmiyyətlər üzdə olanların həyatlarının ən kiçik detallarından belə xəbərdar olmaq istəyirlər. Xüsusən də Azərbaycanda.

Doğrudur, biz bu gün hansı nazirin hansı şəkildə milyonları mənimsəyərək hansı şəraitdə oliqarxa çevrilməsindən xəbərsizik. Elə buna görə də xırda bir xəbər də bizim üçün böyük əhəmiyyətdə maraqlı gəlir.

DİA.AZ-ın apardığı araşdırmalar isə nazirlərimizin dinə olan münasibətləridir. Etiraf edək ki, bu gün din məsələsi çox aktualdır. Elə bu günlərdə Dövlət Neft Şirkəti çalışanlarından birinin məhz Azərbaycandakı dini camaatla əlaqələrindən dolayı intihara əl atması səbəbindən mövzumuzu daha da aktual hesab etmək olar. Yəni faktdır ki, məhz Rövnəq Abdullayevin dini cərəyanlara loyal münasibətinin nəticəsidir ki, bu gün ARDNŞ sistemində ayrı-ayrı təriqətlər ciddi şəkildə şəbəkələşə biliblər.

Apardığımız araşdırmalar da təsdiqləyir ki, bu gün ARDNŞ-də əsasən vəhabilik və irançılıq xətti güclü inkişaf edib və neft şirkəti işçiləri arasında bu təriqətlərdən olanların sayı üstünlük təşkil etməkdədir. Elə buna görə də ARDNŞ-də ayrı-ayrı qollarında namaz qıla bilmək üçün də gözəl şərait var və hətta elə yerlər var ki, orada vəhabi və irançıların ayrı-ayrılıqda namaz qılmalarına imkan da yaradılıb.

Araşdırmalarımız nəticəsində onu da öyrənə bildik ki, Bakı şəhər icra hakimiyyəti və Prezident Administrasiyasında belə namaz otaqları mövcuddur. Ən çox dini təriqətlərə bağlı təşkilatlardan birinin isə nəqliyyat nazirliyi olduğu söylənilir. Bu barədə DİA.AZ-a daxil olan informasiyaya görə, NN-də din məsələsi birbaşa olaraq nazirin təlimatları əsasında fərqli mövqedədir.

Mənbənin söylədikləri: «Əslində burada da irançılıq meyilləri kifayət qədər güclüdür. Hətta nazir Ziya Məmmədov da bu gün namaz qılır və onun da İran xəttinin təsiri altında olduğu danılmaz faktdır».

Araşdırmalarımız davam edir. Bizi izləyin…

Geri qayıt