Əsas Səhifə > Ölkə, Manşet > HACI İBRAHİM NEHRƏMLİYƏ QEYRİ-ADİ BAYRAM TƏBRİKİ

HACI İBRAHİM NEHRƏMLİYƏ QEYRİ-ADİ BAYRAM TƏBRİKİ


14-10-2013, 15:12
HACI İBRAHİM NEHRƏMLİYƏ QEYRİ-ADİ BAYRAM TƏBRİKİ
HAQQI TAPDANAN SAHİBKAR BELƏ TƏBRİK ETDİ

DİA.AZ: - «Avesta» konserninin prezidenti Hacı İbrahim Nehrəmliyə Qurban Bayramı münasibətilə qeyri-adi təbrik ünvanlanıb. Bu barədə məlumatı DİA.AZ-a Hacı İbrahim Nehrəmli tərəfindən aldadıldığını və nəticədə 355 min manat pulunun fırıldaq yolu ilə keçirildiyini söyləyən Qazaxdan olan iş adamı Elşad Məmmədov deyir.

Elşad Məmmədovun Hacı İbrahim Nehrəmliyə ünvanladığı məktubunda deyilir: «Cənab Hacı İbrahim. Siz Həccə getmisiniz və bu da Allahın qoyduğu qaydalara hansı dərəcədə yaxın olmaq düşüncənizdən xəbər verir. Yəni istəyiniz o olub ki, Allaha yaxın olasınız, onun buyruqlarına əməl edəsiniz. Allahın isə bəndəsindən tək istədiyi dürüst olmaqdır, kiminsə evini yıxmamaqdır, kiminsə ruzisini əlindən almamaqdır.

Amma bu gün sizin adınızdan mənim 355 min manat pulum mənimsənilib. Bəlkə də kimlər üçünsə bu pul heç nədir. Bəlkə də 4 milyardlıq ada tikən bir iş adamına bu məbləğ az görünür. Amma mənim kimilər üçün bu qədər pul illər ərzində gərgin əmək nəticəsində əldə olunan bir məbləğdir. Və bu pulun böyük hissəsini mən borc etmişdim və bu gün də həmin borcu qaytarmaqdayam.

Sizdən heç nə istəmirəm. Sizi bu müqəddəs Qurban Bayramı ərəfəsində Allahı xatırlamağa dəvət edirəm. Məncə dili namazlı bir Allah bəndəsi üçün bundan gözəl arzu ola bilməz. Unutmayın ki, mən 3 körpə uşağımla kirayələrdə qalmışam və bu müqəddəs bayramı da kirayədə qarşılayacam».

Geri qayıt