Əsas Səhifə > Hadisə > İLAHİ, BELƏ DƏ ATA OLAR...

İLAHİ, BELƏ DƏ ATA OLAR...


14-10-2013, 12:48
İLAHİ, BELƏ DƏ ATA OLAR...
Penitensiar xidmətin və 12 saylı cəzaçəkmə müəssisəsinın əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, oktyabrın 13-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Orxan Famil oğlu Vəliyevin yanına qısamüddətli görüşə gəlmiş anası Nigar Qəşəm qızı Vəliyevanın gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı "Royal Datəs" xurma qutusunda olan 15 (on beş) ədəd xurmanın içərisində gizlədilmiş xalis çəkisi 14,83 qram narkotik maddə "tiryək" aşkar edilərək götürülüb.
Qeyd edək ki, 1985-ci il təvəllüdlü Orxan Vəliyev Cinayət Məcəlləsinin 234.4.2-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma; təkrar törədildikdə) maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Geri qayıt