Əsas Səhifə > Şou-biznes > MƏLEYKƏ ƏSƏDOVA ÖZÜNÜ ŞOU-BİZNESDƏ GÖRMÜR

MƏLEYKƏ ƏSƏDOVA ÖZÜNÜ ŞOU-BİZNESDƏ GÖRMÜR


14-10-2013, 12:05
MƏLEYKƏ ƏSƏDOVA ÖZÜNÜ ŞOU-BİZNESDƏ GÖRMÜR
Xalq artisti Məleykə Əsədova maraqlı açıqlamaları ilə gündəmə gəlib.

Axşam.az-ın məlumatına görə, aktrisa "Atv maqazin" verilişinə müsahibəsində özünü şou-biznesin "məlaikəsi" adlandırıb: "Özümü heç vaxt şou-biznesə aid etməmişəm. Sənətdə varsansa, sənin haqqında danışacaqlar. Hara qaçsan da, var olan insan haqqında danışırlar. Amma mən özümü teatr səhnəsində görürəm. Son vaxtlar bu aləmdə yayılan titulları qəbul etmirəm. Məleykə səhnədə kraliçadır. Bunu hami bilir. Mən bu aləmin Məlaikəsiyəm, Maria Tüdoruyam, Kardeliyasıyam, Kleopatrasıyam. Amma bunları titul kimi qəbul etmirəm. Hər zaman Məleykə Əsədova adı ilə qalacağam".

Geri qayıt