Əsas Səhifə > Partiya > YAP-DA “TIXAC” ƏMƏLƏ GƏLİB

YAP-DA “TIXAC” ƏMƏLƏ GƏLİB


21-01-2012, 14:03
YAP-DA “TIXAC” ƏMƏLƏ GƏLİB

“LƏNKƏRAN TƏŞKİLATINA ÜZV OLANLARIN SAYI ARTIB” - DEYİRLƏR

Ötən ildə Yeni Azərbaycan Partiyasının (YAP) Lənkəran şəhər təşkilatına yeni üzv olanların sayı 270 nəfər olub. Bu barədə YAP-ın Lənkəran şəhər təşkilatının icra aparatının rəhbəri Əliziya Ağayev məlumat verib.

Onun sözlərinə görə, ümumiyyətlə, ötən il partiya üzvlərinin sayı 9050 nəfər olub. Bunlardan 2895 nəfəri gənc nəslin nümayəndələri, 6155 nəfəri isə yaşlı nəslin nümayəndələri olub. 2010-cu ildə partiya üzvlərinin sayı 8970 nəfərə çatıb. Bunlardan 2833 nəfəri gənclər, 6137 nəfəri isə yaşlı nəsil olub. Hazırda YAP-ın Lənkəran şəhər təşkilatının 9050-dən çox üzvü var.


Geri qayıt