Əsas Səhifə > Sosial, Manşet > HANSI İCRA BAŞÇISI DÖVLƏTİ ÇƏTİN DURUMA SALIB?

HANSI İCRA BAŞÇISI DÖVLƏTİ ÇƏTİN DURUMA SALIB?


14-10-2013, 11:53
HANSI İCRA BAŞÇISI DÖVLƏTİ ÇƏTİN DURUMA SALIB?
İCRA HAKİMİYYƏTİ RƏHBƏRLƏRİNİN ARZU ETMƏDİKLƏRİ YENİ DÖNƏM GƏLİR

DİA.AZ: - Az əvvəl məlumat verərək bildiurmişdik ki, prezident seçkilərindən sonra bir sıra rayonların icra başçılarının da mövqelərinin silkələnəcəyi, onlardan illərin hesabatının soruşulacaq. Onu da qeyd edək ki, artıq bu yöndə müəyyən addımlar atılmaqdadır.

Məlamatlı mənbələrdən DİA.AZ-a ötürülən informasialardan belə anlaşılır ki, hazırda bir neçə rayonun icra başçısı ilə bağlı Prezident Administrasiyasında konkret materialların toplanışına start verilib.

Mənbənin söylədikləri: «Bir neçə rayonun rəhbərinin dosyası hazırlanır. Onlar həm də antikorrupsiya dalğasının yeni dönəminin ilk qurbanları olacaqlar. Çünki bir neçə icra başçısı var ki, hətta prezidentin belə göstərişlərinə əməl etməyərək, çox ciddi qanun pozuntularına yol veriblər».

Bu arada məlumatlı mənbə maraqlı bir informasiyanı da DİA.AZ-a çatdırıb: «Hətta prezident seçkilərinə qədər rayonlardan daha birində üsyan olmalı imiş. Bu barədə PA-da ilk əvvəldən məlumat tutulub və üsyanın qarşısı alınıb. Amma başçı ilə bağlı narazılıqlar qaldığından onun «qələminin qırılması» qərarı verilib».

Mənbə iddia edir ki, etirazlara səbəb dövlətin inşaat layihələrinin birində yol verilən böyük həcmdəki yeyinti faktı və bu faktın rayonda ictimailəşməsidir. Məlumatlara görə, artıq həmin başçının yola salınması üçün də tədarüklər görülür.

Bildirək ki, həmin başçı ilə bağlı dolğun faktları və əlavə bilgiləri yaxın vaxtlarda, konkret sənədlərdə diqqətinizə çatdıracağıq. Bizi izləməkdə davam edin…

Geri qayıt