Əsas Səhifə > Siyasət, Manşet > HACIBALA ABUTALIBOVUN 20 YANVAR HƏYƏCANI

HACIBALA ABUTALIBOVUN 20 YANVAR HƏYƏCANI


21-01-2012, 13:58
HACIBALA ABUTALIBOVUN 20 YANVAR HƏYƏCANI

DÜNƏNKİ TARİX BAKI MERİ ÜÇÜN XÜSUSİ ƏHƏMİYYƏT DAŞIYIR

DİA.AZ: - 20 Yanvar tarixini Azərbaycan xalqı dünən bir daha hüznlə yola saldı. Hər kəsin yaddaşında bu qəhrəmanlıq tarixi bir cürə iz buraxıb. Elə Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov üçün də bu tarixin xüsusi əhəmiyyəti var. Çünki bu tarixdə Bakı meri ölümlə üz-üzə gəlib…

Xatırladaq ki, 1990-cı ilin 20 Yanvar hadisələri zamanı Hacıbala Abutalıbov bərk stress keçirib. Bu barədə yayılan xəbərlərdə bildirilir ki, həmin tarixdə Azərbaycan paytaxtına yeridilən sovet qoşunlarının əsgərləri ilə təsadüfən Bakı küçələrinin birində rastlaşan Hacıbala Abutalıbovun başının üzərindən rus zabitlərdən biri «Kalaşnikov» avtomatının bir darağının patronlarını boşaldıb. Bu hadisə nəticəsində ruhi sarsıntı keçirən Hacıbala Abutalıbovun uzun müddət müalicə aldığı da bildirilir. Amma əsəb sisteminin pozulması özünü sonradan da hiss etdirib.

Bu barədə DİA.AZ-a məlumat verən mənbəiz bildirdi ki, Hacıbala Abutalıbov günü bu gün də psixikasında dərin iz buraxmış bu olayın fəsadları səbəbindən müalicə almaqdadır.


Geri qayıt