Əsas Səhifə > Ölkə, Manşet > SİRAQƏDDİN CABBAROVU HƏDƏFƏ ÇEVRƏN MƏQAM

SİRAQƏDDİN CABBAROVU HƏDƏFƏ ÇEVRƏN MƏQAM


11-10-2013, 16:45
SİRAQƏDDİN CABBAROVU HƏDƏFƏ ÇEVRƏN MƏQAM
SAATLIDA VƏZİYYƏT HEÇ DƏ ÜRƏKAÇAN OLMAYIB

DİA.AZ: - «Bu prezident seçkilərinin hələ çoxlarına baha başa oturacağı şübhəsizdir». Bu ilginc məlumatı DİA.AZ-a verən mötəbər mənbə iddia edir ki, hələlik hakimiyyətin başı kənar hücumları, seçkilərlə bağlı şübhələri dəf etməyə qarışıb:

«Amma təbii ki, bunun bir sonu olacaq. Və qısa müddət içində problem yaratmış şəxslər də cəzalanacaqlar».

Mənbənin sözlərinə görə, onların sırasında Saatlının icra başçısı Siraqəddin Cabbarov da var: «Təbii ki, Saatlıdan seçki günü gələn rəqəmlər iqtidarın maraqlarını ifadə edirdi. Amma bu rəqəmlər heç də asanlıqla «ərsəyə gəlməyib». Və bu da hakimiyyət üçün heç də arzuolunan deyil».

Mənbə iddia edir ki, hakimiyyət əslində real seçki nəticələri üzərində də işləyir: «Bu gün Siraqəddin Cabbarov elə bir şərait yaradıb ki, məhz onun səbəbindən iqtidar üçün ən təhlükəli zonalardan biri kimi Saatlı rayonu diqqətə gəlməkdə idi. Doğrudur, bəziləri bunu, həmin rayonda həm də Əli Kərimlinin yetərincə qohumlarının olması ilə əlaqələndirirlər. Amma vəziyyətin bu şəkildə izahatı heç də «yuxarıları» qane etməyib».

Mənbənin sözlərinə görə, məhz bu amil Siraqəddin Cabbarovu hədəfə çevirib: «Zamanı var. Və beynəlxalq hücumlar dəf edilər-edilməz, əl qatılası ilk rayonlardan biri məhz Saatlı olacaq».

Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq…

Geri qayıt