Əsas Səhifə > Şou-biznes > MÜĞƏNNİNİN 50 AVTOMOBİLİ VAR

MÜĞƏNNİNİN 50 AVTOMOBİLİ VAR


28-09-2011, 14:44
MÜĞƏNNİNİN 50 AVTOMOBİLİ VAR

O, AXIRINCI MAŞININI 1 MİLYON 400 MİN DOLLARA ALIB

Əməkdar artist Cavanşir Məmmədov 1 milyon 400 manata avtomobil alıb. Bu barədə azxeber.com saytı yazıb.

Saytın yazdığına görə, Cavanşir Məmmədov "Rolls Royce Phantom 6,7 AT" markalı avtomobil alıb. Bu markanın 6,7 litr həcmli, 453 at gücünə malik mühərriklə təchiz edilmiş sözügedən modelinin minimal uiyməti 550 min dollardır. Müğənni Cavanşir Məmmədov açıqlamasında "Rolls Royce Phantom 6,7 AT" markalı avtomobil almasını təsdiqləyib. Müğənni maşını 5 ay əvvəl 960 000 avroya aldığını bildirib. Onun sözlərinə görə, bununla da maşın kolleksiyasında olan avtomobillərinin sayını 50-yə çatdırıb.

Müğənni əlavə edib ki, yeni maşını ilə bağlı mətbuata danışmaqla şou-biznesdəki müğənnilər kimi özünü reklam etmək məqsədi güdmür: "Aldığım maşın dünya miqyasında ən bahalı 2-3 maşından biridir. Bu maşının puluna 3-4 ədəd "Bentley" almaq olar. Bəzi müğənnilər maşınları, telefonları ilə özlərini reklam edirlər. Amma mənim belə işlərlə aram yoxdur. Mənim fikrimcə, yaxşı oxumaq lazımdır. Yaxşı oxu, istəyirsən, lap "Zaporojets" sür".

"1988-ci ildə Almaniyadan "Mercedes" gətirmişdim. O vaxt "Mercedes" Azərbaycanda yalnız İran səfirində vardı. Amma mən mitinqlər başlayan zaman "Mercedes"i sürməyə utandım, sonra isə satdım. Bunu deməklə onu göstərmək istəyirəm ki, maşınla özümü reklam etmirəm, əksinə, Azərbaycan mədəniyyətini təmsil edirəm. Qoy görsünlər ki, Azərbaycanda necə müğənnilər var", - C.Məmmədov deyib.


Geri qayıt