Əsas Səhifə > Partiya > ADP-DƏN QOVULAN ÜZV ŞOK FAKTLARI AÇIQLAYIR

ADP-DƏN QOVULAN ÜZV ŞOK FAKTLARI AÇIQLAYIR


11-10-2013, 13:45
ADP-DƏN QOVULAN ÜZV ŞOK FAKTLARI AÇIQLAYIR
Azərbaycan Demokrat Partiyasının gənclər təşkilatı sədrliyindən kənarlaşdırılan Cəmil Hacıyev Hafta.az-a açıqlamasında elə həmin dövrdə partiyadan da çıxarıldığını bildirdi: “May 28-də istiqlaliyyət abidəsi yox, Noxvanıya Rəsulzadənin heykəli önünə getdiyim üçün gənclər təşkilatı sədrliyindən çıxarıldım. Sonra da digər prosedur qaydalara uyğun olaraq partiyadan uzaqlaşdım. Bundan sonra heç bir partiyaya üzv olmadım. Yeni hərəkatımız var, orada idarə heyətinin üzvüyəm”.

C.Hacıyev həmin vaxt gənclərin əksəriyyətinin partiyadan çıxdığını dedi: “Mən çıxandan sonra hələ də yerimə adam seçilməyib. Gənclər mənim çıxarılmağıma qəti etiraz edib, oradan çıxıb mənim yanıma gəldilər. Sərdar Cəlaloğlunun ətrafında pula görə 2-3 adam qalıb. Bakıda gənclər təşkilatının 40-a yaxın üzvü var idi. Onların da əksəriyyəti çıxıb mənim yanıma gəldi. İndi orada cəmi 2 gənc qalıb. Qalanların da məqsədi odur ki, aksiyalarda 1-2 şəkil çəkdirib xaricə qaçsınlar”.

Sabiq GT sədri S.Cəlaloğlunun istefa verməsinə də münasibət bildirib: “Sərdar Cəlaloğlu çoxdan isefa verməli idi. ADP partiyanın nizamnaməsinə uyğun fəaliyyət göstərmirdi. Sonuncu qurultay 2007-ci ildə olub. Nizamnamədə göstərilir ki, 3 ildən bir qurultay keçirilməlidi. Bunlar sonradan təkrar nizamnamə qəbul edib həmin müddəti 5 ilə qədər artırdılar. Amma Ədliyyə Nazirliyini dəyişiklik edilən nizamnaməni qəbul etməyib. Dəyişikliyə görə də 2012-ci ildə qurultay keçirilməli idi. Bunlar Sərdar Cəlaloğluna səlahiyyət vermir ki, sədr kimi seçkilərə qatılsın. Onun partiyaya sədrliyi qanunsuz idi. Bu məsələdə Ali Məclisin qərarını əsas götürdülər. Amma Ali Məclisin üzvləri də küçədən tutulma adamlar idi. Məclisin üzvləri rayon təşkilatı sədrləri olmalıdı. Amma faktiki olaraq heç bir rayonda partiyanın təşkilatı yoxdu”.

Geri qayıt