Əsas Səhifə > Güney Press, Üçüncü sektor > SEÇKİDƏN SONRAKI DÖVRÜN DAHA BİR QURBANI

SEÇKİDƏN SONRAKI DÖVRÜN DAHA BİR QURBANI


11-10-2013, 08:47
SEÇKİDƏN SONRAKI DÖVRÜN DAHA BİR QURBANI
Hakimiyyətin icra başçıları ilə bağlı yeni dəyişiklik planının icrasına start verəcəyi barədə məlumatlar yayılmaqdadır. Bolgexeber.com-a ötürülən məlumatlarda bildirilir ki, artıq Qəzənfər Ağayevlə bağlı da qərar verilib. Bildiyiniz kimi Qəzənfər Arif oğlu Ağayevi Masallı rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və 2012 –ci ildə o Astara rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib.Bununla Masallı camaatı Qəzənfər Ağayevin zülmündən xilas olsa da indi də Astara camaatı onun zülmü altına düşüb.Qeyd edək ki,Astara rayonu hal-hazırda vətəndaşlardan ən çox şikayət gələn rayonlar sırasında liderdir.Təbi ki,bu da hökumətdə narahatçılıq doğurmaya bilməz.Bu səbəbdən mənbənin bildirdiyinə görə yaxın zamanalrda Astara rayonu İcra Hakimiyyətinin başçısının vurulacağı bildirilir. Adı artıq hakimiyyətin qara siyasına çoxdan salınmış icra başçısının vəsifəsindən çıxarılacağı hakimiyyətin icra başçılarının builki «yarpaq tökümü» sezonuna təsadüf etməsi bildirilir.Bundan başqa bildirilir ki,arıq prezident seçkiləri başa çatdığından Qəzənfər Ağayevin vəzifəsindən çıxarılması da tezləşəcək.
Geri qayıt