Əsas Səhifə > Güney Press, Üçüncü sektor > BU DƏFƏ İCRA BAŞÇISI TƏHQİR OLUNDU

BU DƏFƏ İCRA BAŞÇISI TƏHQİR OLUNDU


11-10-2013, 08:45
BU DƏFƏ İCRA BAŞÇISI TƏHQİR OLUNDU
Beyləqan təhsil şöbəsinin müdiri Tofiq Sadıqovla icra başçısı Vaqif Abdullayev arasında problem yaşanır. Problemə səbəb isə şöbə müdirinin icra başçısı haqqında nalayiq kəlmələr işlətməsi olub.

AZERİNFO.ORG-a bu barədə Beyləqandan daxil olan məlumata görə Beyləqan təhsil şöbəsinin müdiri Tofiq Sadıqov adamların içində icra başçısının arxasınca söyüşlər yağdırıb. Məlumata əsasən, Beyləqanın Şahsevənli kəndindən bir qrupp sakin Tofiq Sadıqovdan kənndəki məktəbin nə vaxt tikilib qurtaracağı ilə bağlı suallar ünvanlayarkən şöbə müdiri özünü saxlaya bilməyərək icra başçısı haqqında ağır ifadələr və söyüşlər işlədib. Belə ki, Tofiq Sadıqov bildirib ki, məktəbin tikintisinə ayrılan vəsaiti icra başçısı Vaqif Abdullayev mənimsədiyinə görə işləri başa çatdıra bilmirlər. Buna görə də məktəbin tikintisində ciddi problemlər yaşandığını dilə gətirən Tofiq Sadıqov icra başçısının ünvanına yağlı söyüşlərdə yolayıb. Təhsil şöbəsinin müdiri onu da əlavə edib ki, Vaqif Abdullayev yediyi pulları indi ona ödətdirmək istəyir. Onun isə məktəb tikmək üçün pulu yoxdur.

Mənbə bildirir ki, Tofiq Sadıqovun söyüşlərini bir neçə gündən sonra Vaqif Abdullayevə çatırıblar. Bundan sonra icra başçısı təhsil şöbəsinin müdirini yanına çağıraraq qarşılıq olaraq söyüb. Hazırda isə Vaqif Abdullayevin Tofiq Sadıqovun işdən azad olunması ilə bağlı təhsil naziri Mikayıl Cabbarova təqdimat yollaması ilə bağlı rayonda söz-söhbət gəzir.

Buna baxmayaraq Şahsevənlidə tikilən məktəbin mənimsənilən pulları istər icra başçısı üçün, istərsə də, Tofiq Abdullayev üçün ciddi problemə çevrildiyi bildirilir.

Geri qayıt