Əsas Səhifə > Cəmiyyət, Manşet > ƏBÜLFƏS QARAYEVİN İŞÇİSİNİ FAİZƏ OTURDUBLAR

ƏBÜLFƏS QARAYEVİN İŞÇİSİNİ FAİZƏ OTURDUBLAR


10-10-2013, 15:52
ƏBÜLFƏS QARAYEVİN İŞÇİSİNİ FAİZƏ OTURDUBLAR
BİLƏSUBARIN İCRA BAŞÇISI ONA HAQQ QOYUB

DİA.AZ: - Biləsuvarda mədəniyyət və turizm sahəsində böyük «uğurlar» əldə olunub. DİA.AZ-a rayon sakinləri adından edilən müraciətdən aydın olur ki, mədəniyyət və turizm şöbəsinin müdiri Rəfiqə Cəfərovanın apardığı məqsədyönlü «siyasət» nəticəsində rayonda nə mədəniyyət ocaqları qalıb, nə də turizmdən xəbər var. Halbuki İranla sərhəddə yerləşən bir rayona qonşu ölkədən yüzlərlə turist gəlsə də, onları qarşılamaq üçün tutarlı imkanlar belə yoxdur.

Hər həftə İrandan Biləsuvar rayonuna üzdən artıq qonaq gəlir. Ticarət və digər məqsədlər üçün təşrif buyuranların sayının onlarla olduğu bir vaxtda, onların qalması üçün cəmi bir Qonaq Evi var. Daha doğrusu, həmin qonaq evinin adı var, özü isə dəhşətli durumdadır. İddialara görə, həmin Qonaq Evi Mədəniyyət və Turizm şöbəsinin balansındadır və onun təmiri üçün ötən illərdə heç də kiçik olmayan məbləğdə pul ayrılıbmış. Amma həmin pulun aqibəti kimsəyə məlum deyil. Qonaq Evinin durumu isə göz çıxarır.

Rəfiqə Cavadovanın fəaliyyətinə gəldikdə isə rayonda Teatr Mərkəzi kimi tanınan bina artıq çoxdan satılıb. Şöbə müdiri isə hər yerdə deyir ki, o faizə işləyir. Daha doğrusu, Cavadova qazandığı bütün pulları Biləsuvarın icra başçısı Mahir Quliyevlə bölüşdürdüyünü deyir. Üstəlik, rayonun icra başçısının hər ay ondan haqq aldığını da vurğulayıb.

Bundan başqa, rayonda kitabxanaların da durumu dəhşətlidir. Amma işləməyən bu sahənin yetərli qədər ştat üzrə işçiləri var. Hərçənd həmin işçilərin ancaq əmək günləri yazılır, əmək haqqılarının isə şöbə müdiri tərəfindən götürüldüyü deyilir.

Geri qayıt