Əsas Səhifə > Cəmiyyət, Manşet > «YAPI KREDİ» BANK KREDİTİ SİYASƏTLƏ VERİRMİŞ

«YAPI KREDİ» BANK KREDİTİ SİYASƏTLƏ VERİRMİŞ


10-10-2013, 15:14
«YAPI KREDİ» BANK KREDİTİ SİYASƏTLƏ VERİRMİŞ
VƏTƏNDAŞLAR AYRISEÇKİLİKDƏN ŞİKAYƏT EDİR

DİA.AZ: - Türkiyənin məşhur «Yapı Kredi» bankının Azərbaycanda kredit bazarında populyarlıq qazanması bəlkə də imkansızdır. Bunu ən azından müştəri şikayətlərindən anlamaq olar. DİA.AZ-a müraciət edən narazı vətəndaşların şikayətlərindən belə aydın olur ki, «Yapı Kredi»dən kredit götürmək istəyənlərin sən demə, partiya mənsubiyyəti önəmli imiş.

Vətəndaşlar yazır: «Deyəsən, bu bankın adı «Yapı Kredi» yox, «YAP Kredi»dir. Çünki bir neçə gün əvvəl çalışdığımız iş yerinə (məlum səbəblərə görə, iş yerimizi açıqlamırıq - şikayətçilər) «Yapı Kredi»nün nümayəndəsi gəldi və bizə asanlıqla alış-veriş üçün «World Kart» sahibi olacağımızı bildirdi. Biz də həvəslə onların tələb etdiyi sənədləri topladıq.

Sorğu-sual zamanı bu hakimiyyətə münasibətimizi də öyrəndi və biz bildirdik ki, seçkilərdə müxalifətə səs verəcəyik (hələ seçkilər keçirilməmişdi -şikayətçilər). Sən demə, bu cavabımız bankın rəhbərliyinin xoşuna gəlməyib».

Vətəndaşlar bildirir ki, bundan sonra kredit təklif edən bank nümayəndəsi onların telefonlarına cavab gələcəyini bildirib: «Lakin gələn cavabı təxminən hiss etmişdik. Hamımıza eyni vaxtda rədd cavabı verildi. Sonradan verdiyimiz etiraz xarakterli reaksiyalardan da hiss etdik ki, siyasi mənsubiyyətimixz bank üçün önəmli olub.

Bəlkə də «Yapı Kredi»nin rəhbərliyi haqlıdırlar. Çünki onlar da düşünüblər ki, YAP-çı olmayanların pulu da olmaz. Amma bir məsələ var. Pulu olanın da kreditə ehtiyacı olmaz».

Qarşı tərəfi də dinləmyə hazırıq…

Geri qayıt