Əsas Səhifə > Partiya > SƏRDAR CƏLALOĞLU İLHAM ƏLİYEVİN QƏLƏBƏSİNƏ ETİRAZ ETMİR, AMMA...

SƏRDAR CƏLALOĞLU İLHAM ƏLİYEVİN QƏLƏBƏSİNƏ ETİRAZ ETMİR, AMMA...


10-10-2013, 11:12
SƏRDAR CƏLALOĞLU İLHAM ƏLİYEVİN QƏLƏBƏSİNƏ ETİRAZ ETMİR, AMMA...
Azərbaycan Demokrat Partiyasının 9 oktyabr seçkisində namizədi Sərdar Cəlaloğlu “Media forum”a danışıb. O deyib ki, seçkinin nəticələri çox ciddi konyunkturaya məruz qalıb: “Düzdür, İlham Əliyevin bu seçkidə qalib gəlməsinin şübhə altına almaq düzgün deyil. Amma elan edilmiş rəqəmlər dəyişikliyə məruz qalmış rəqəmlərdir. Bu rəqəmlərlə seçkidə xalqın kimi dəstəklədiyini təyin etmək mümkün deyil”.

Sərdar Cəlaloğlu hesab edir ki, real nəticələrə görə, 10-15 faiz səs toplayıb.

9 oktyabr seçkisində dövlət başçısı olmaq üçün 10 namizəd yarışıb. Bu saata olan nəticələrə görə, hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev 84 faizdən çox səslə yenidən prezident seçilib. Sərdar Cəlaloğlu 0,61 faiz səslə sonuncu yerdə dayanır.

Geri qayıt