Əsas Səhifə > Dünya > İRANLI GENERAL DEYİR Kİ...

İRANLI GENERAL DEYİR Kİ...


10-10-2013, 10:07
İRANLI GENERAL DEYİR Kİ...
...ONLAR DA "ÜZÜM DƏRMƏYİ" YAXŞI BİLİRLƏR

İran qitələrarası ballistik raketlərin istehsal edilməsi imkanına və texnologiyasına malikdir, lakin onları istehsal etməyə heç bir ehtiyac görmür. Bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) Aviasiya Qüvvələri komandanı Əmir Əli Hacızadə deyib. Trend-in məlumatına görə, bu barədə FARS agentliyi məlumat verir.
Hacizadə Məşhəd şəhərində çıxışı zamanı bildirib ki, bu gün İranda qitələrarası ballistik raketlərin istehsalı texnologiyası var: "Elə bu texnologiyaya sahib olduğumuz üçün orbitə peyk göndərə bilirik. Lakin İranın düşmənləri ölkə sərhədlərinə yaxın olduğundan çoxlu xərc çəkərək bu raketlərin istehsalına ehtiyac görmürük".
Hacizadə deyib ki, İranın pilotsuz təyyarələri, o cümlədən "Şahid-129" pilotsuz təyyarəsi İsrailə kimi uçmaq qabiliyyətinə malikdir.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) iki həftə əvvəl Silahlı Qüvvələrin paradı zamanı ilk dəfə olaraq "Şahid-129" tipli pilotsuz təyyarələri nümayiş etdirib.

Geri qayıt