Əsas Səhifə > Ölkə, Manşet > FARS-MOLLA REJİMİNİN YENİ HOQQASI

FARS-MOLLA REJİMİNİN YENİ HOQQASI


28-09-2011, 14:34
FARS-MOLLA REJİMİNİN YENİ HOQQASI

İRAN AZƏRBAYCANA QARŞI YENİ TƏBLİĞATA BAŞLAYIB

DİA.AZ: - Son günlər Azərbaycan əleyhinə təbliğatlarını daha da artıran İranın fars-molla rejimi özünün mətbu orqanlarında ölkəmiz əleyhinə yeni kampaniyaya başlayıb. Belə ki, Azərbaycan əhalisinin 80 faizdən çoxunun şiə məzhəbindən olmasına istinad edən fars mətbuatında bu faktordan dövlətimizin əleyhinə istifadələrə cəhdlər var.

«Dünya» İnformasiya Agentliyinin (dia.az) araşdırmaları nəticəsində müəyyən olunub ki, təkcə son bir həftə ərzində İranın xüsusi xidmət orqanlarına yaxın olan ayrı-ayrı xəbər portallarında «Azərbaycan dövləti anti-şiə xətti yürüdür» başlığı altında onlarla material yerləşdirilib: «Hətta sıradan xəbərlər belə bu ad altında verilir. Məsələn, hicabla qurulan məhkəmə prosesinin xəbərini də məhz bu aspektdən təqdim etməyə çalışırlar».

Təbii ki, bununla fars-molla rejimi Azərbaycanda yeni münaqişələrin yaradılmasına maraq göstərir.

Geri qayıt