Əsas Səhifə > Cəmiyyət > ELŞAD ABDULLAYEVİN QARDAŞI MƏHKƏMƏ QARŞISINDA

ELŞAD ABDULLAYEVİN QARDAŞI MƏHKƏMƏ QARŞISINDA


8-10-2013, 16:32
ELŞAD ABDULLAYEVİN QARDAŞI MƏHKƏMƏ QARŞISINDA
Xəbər verildiyi kimi, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin işi ilə əlaqədar tutulan iş adamı Arzu Kazımovun barəsində olan məhkəmə hökmündən apellyasiya şikayəti verilmişdir. Vəkil Ramiz Zeynalov "Təzadlar"a bildirmişdi ki, apellyasiya şikayətində A. Kazımov barəsində çıxarılan hökmün ədalətsiz və əsassız olduğu qeyd edilib: “Şikayətdə Arzu Kazımovun barəsində olan hökmün ləğv edilməsini və əməlində cinayət tərkibi olmadığı üçün barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişik”.

Bu dəqiqələrdə Bakı Apelyasiya Məhkəməsində (hakim Rizvan Səfərovun sədrliyi ilə) Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilmiş Arzu Kazımovun şikayətinə baxılır.

"Təzadlar"ın məhkəmədə iştirak edən əməkdaşının verdiyi məlumata görə, Arzu Kazımov məhkəmədə iştirak etmir. Onun vəkili Ramiz Zeynalov məhkəmənin hazırlıq iclasında çıxış edərək şikayəti müdafiə etdiyini bildirib... Sonra məhkəmə həm də Bakı Ağır Cinayətlər Məhkəməsinini Elşad Abdullayevin qardaşı Elsevər Abdullayevin (hazırda Baş Prokurorluqda işləyir) barəsində çıxardığı xüsusi qərardaddan verilmiş apelyasiya şikayətinə də baxır.

Qeyd edək ki, prosesdə Elsevər Abdullayev də iştirak edir...

Məhkəmənin hər iki apelyasiya şikayətlərinin icraata qəbul olunması barədədə qərar qəbul etməsi gözlənilir.

Əlavə məlumat veriləcək

***

Bu dəqiqələrdə əməkdaşımız məlumat verdi ki, məhkəmə Kollegiyası qərarını elan edib: 1.Məhkəmənin növbəti iclası oktyabrın 23-də, saat 12:00-a təyin edilsin; 2.Elsevər Abdullayevin şikayəti qanunvericiliyin tələblərinə zidd olduğundan (bu tip qərarlardan şikayət verilməsi qaydasına zidd olduğuna görə) rədd olunsun!

Geri qayıt