Əsas Səhifə > Güney Press, Üçüncü sektor > "DƏMİR BANK"A QARŞI SAXTAKARLIQ İTTİHAMI

"DƏMİR BANK"A QARŞI SAXTAKARLIQ İTTİHAMI


8-10-2013, 15:45
"DƏMİR BANK"A QARŞI SAXTAKARLIQ İTTİHAMI
"Araz Media" qəzetinə, Bakı şəhəri A.Ələsgər küçəsi, ev 6, mənzil 3 ünvanında yaşayış və mülkiyyət hüququ olan Qəhrəmanov Aleksandr Sergeyeviç ərizə ilə müraciət edərək, xahiş etmişdir. Vətəndaş müraciətində göstərir ki, anası Qəhrəmanova Sevil İsmayıl qızı, 14 mart 2011-ci ildə dələduzluq edərək, birgə mülkiyyətləri olan Bakı şəhəri Aşıq Ələsgər küçəsi, ev 6, mənzil 3 ünvanında yerləşən 3 otaqlı mənzili Zakir adlı şəxsə ipoteka müqaviləsi əsasında, qanuna zidd olaraqi satmışdır. Belə ki, Sevil Qəhrəmanova, oğlu Aleksandrın 23 dekabr 2010-cu il tarixində, 5 saylı notariusda ona verdiyi, 31 yanvar 2011-ci ildə isə həmin notarisda rəsmi şəkildə ləğv elətdirdiyi, qüvvədən düşmüş etibarnamədən istifadə etmişdir.

Sevil Qəhrəmanovaya bu dələduzluğu həyata keçirməkdə 46 saylı notarisun müdiri Tamella Kərimova, DəmirBank ASC-in idarə Heyətinin sədr müavini Rauf Axundov və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin rəisi Fərahim Mirzəyev yaxından "kömək" etmişlər və beləliklə vətəndaşı evsiz-eşiksiz qoymuşlar. Hansı ki, ipoteka kreditləri verilərkən, ev girova qoyularkən, evdə neçə nəfər qeydiyyatdadırsa, mütləq hər birinin ayrı-ayrılqda rəyi öyrənilməlidir. Alqi-satqi həmin daşınmaz əmlakın yerləşdiyi rayonda fəaliyyət göstərən notariusda həyata keçirilməlidir. Necə ola bilər ki, üç instansiyadan, üç idarədən keçən bir sənəddə olan nöqsanı heç bir idarə görməyib? Belə aydın olur ki, bu təşkilatların üçü də bu saxtakarlıqda hədsiz maraqlı olublar.

Geri qayıt