Əsas Səhifə > Şou-biznes > AZƏRBAYCANLI MÜĞƏNNİ MƏŞHUR ÖZBƏKLƏ BİR ARADA

AZƏRBAYCANLI MÜĞƏNNİ MƏŞHUR ÖZBƏKLƏ BİR ARADA


8-10-2013, 10:56
AZƏRBAYCANLI MÜĞƏNNİ MƏŞHUR ÖZBƏKLƏ BİR ARADA
Milli.Az bildirir ki, tanınmış “Üç-Kuduk” özbək qrupunun solisti Ziyad İşanxocayev bu yaxınlarda populyar azərbaycanlı müğənni Roza Zərgərli ilə birgə layihə təqdim edəcək.

"Mən Roza Zərgərli ilə "Şərq bazarı" müsabiqəsində tanış olmuşam. Biz tez dostlaşdıq və fikirləşdik ki, niyə də birgə layihə ilə çıxış etməyək. Məncə, bu çox maraqlı olardı. Onun əla səs diapazonu var. Əsas yaxşı mahnı seçə bilməkdir. Bunu edə bilsək, son nəticədə möhtəşəm bir layihə ortaya çıxacaq. Ümid edirəm ki, bu ideyanı reallaşdıra biləcəyik”, - deyə Z.İşanxocayev bildirib.

Qeyd edək ki, “Üç-Kuduk” qrupu müxtəlif layihələrdə iştirak etmək üçün tez-tez Bakıya səfər edir.

“Sonuncu dəfə paytaxtınıza gələrkən belə gözəl və hərarətlə qarşılanacağımı gözləmirdim. O zaman başa düşdüm ki, Bakıya gəlməzdən əvvəl intensiv çalışmalarımız əbəs deyilmiş”, - deyə müğənni sözlərini yekunlaşdırıb.

Geri qayıt