Əsas Səhifə > Hadisə > BAKIDA POLİSLƏR AĞIR QƏZAYA DÜŞDÜ

BAKIDA POLİSLƏR AĞIR QƏZAYA DÜŞDÜ


8-10-2013, 10:50
BAKIDA POLİSLƏR AĞIR QƏZAYA DÜŞDÜ
Oktyabrın 7-də saat 21 radələrində Bakı şəhərinin Xətai rayonu ərazisində piyadaların xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Nobel prospekti 69C ünvanının qarşısında, Çevik Polis Alayının binasının yaxınlığında “BMW” markalı minik avtomobili polis əməkdaşlarını vurub. Nəticədə 2 polis əməkdaşı ağır xəsarət alıb. Hər iki şəxs xəstəxanaya aparılıb.

Hadisədə yaralanan polislərin adını dəqiqləşdirmək hələlik mümkün olmayıb.

Qeyd edək ki, qəza polislərin ÇPA-nın həyətindən qrup şəklində çıxdığı vaxt baş verib.

Geri qayıt