Əsas Səhifə > Ölkə, Manşet > ƏLİ NAĞIYEVƏ DƏ SEÇKİDƏN SONRA VƏZİFƏ VERİLİR

ƏLİ NAĞIYEVƏ DƏ SEÇKİDƏN SONRA VƏZİFƏ VERİLİR


7-10-2013, 13:06
ƏLİ NAĞIYEVƏ DƏ SEÇKİDƏN SONRA VƏZİFƏ VERİLİR
KEÇMİŞ NAZİR İCRA BAŞÇISI POSTUNA GƏTİRİLİR

DİA.AZ: - Keçmiş nazir, həmçinin Azərbaycanın Belorusiyadakı keçmiş səfiri Əli Nağıyev yenidən görəvə gətirilə bilər. Bu ilginc məlumatı DİA.AZ-a hökumət içindəki mənbələr ötürüb.

Qaynaq iddia edir ki, zamanında hakimiyyətiçi oyunların qurbanına çevrilən Əli Nağıyev də köhnə eşalonda favorit fiqurlardan biri olmuşdu: «İndi isə Əli Nağıyevin rəqiblərinin mövqeləri kifayət qədər sarsılıb. Və belə bir şəraitdə meydana çıxaraq prezident İlham Əliyevin namizədliyinin müdafiəsilə bağlı ayrı-ayrı mətbu orqanlara açıqlamalar verən Əli Nağıyevin bu təşəbbüsləri səbəbsiz deyil».

Mənbəmiz bildirir ki, keçmiş nazir rayonlardan birinə icra başçısı göndərilə bilər: «Hətta onun Bakı şəhər icra hakimiyyətinin başçısı postuna gətirilməsi ehtimalları da var. Bu, durumdan asılı olan bir məsələdir».

Onu da bildirək ki, köhnələrin yenidən vəzifə başına gətirilməsi ənənəsi müşahidə olunub. Sonuncu dəfə Bakı şəhər Baş Polis İdarəsinin keçmiş rəisi, Azərbaycanın Tacikistandakı sabiq səfiri Məhərrəm Əliyev Prezident Administrasiyasında görəvləndirilib.

Geri qayıt