Əsas Səhifə > Hadisə > ARVADININ QULAĞINI KƏSƏNİ HƏBS ETDİLƏR

ARVADININ QULAĞINI KƏSƏNİ HƏBS ETDİLƏR


7-10-2013, 11:23
ARVADININ QULAĞINI KƏSƏNİ HƏBS ETDİLƏR
Azərbaycanın Astara rayonunda həyat yoldaşına dəhşətli işgəncələr verməkdə təqsirləndirilən rayonun Kələdəhnə kənd sakini, 33 yaşlı Cingiz Mehdiyevin həbs olunması barədə sanksiya verilib.

Astara Rayon Polis Şöbəsinin növbətçi hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, Ç. Mehdiyev prokurorluğun sanksiyasına əsasən həbs olunaraq istintaq orqanlarına təhvil verilib. Astara Rayon Prokurorluğundan isə məsələ ilə bağlı hər hansı açıqlanma verilməyib.

Qeyd edək ki, Çingiz Mehdiyev 9 il öncə ailə həyatı qurduğu 28 yaşlı həyat yoldaşı Nisə Xəlilovaya qarşı zor tətbiq etməkdə, onun əl-qolunu bağlayaraq işgəncələr verməkdə, müxtəlif bədən xəsarətləri yetirməkdə təqsirləndirilir. N. Xəlilova hazırda Astara Mərkəzi Rayon Xəstəxanasında müalicə olunur.

Geri qayıt