Əsas Səhifə > Gündəm, Manşet > ELDAR HƏSƏNOVUN ORTAĞI BİZNESİNİ İTİRİR

ELDAR HƏSƏNOVUN ORTAĞI BİZNESİNİ İTİRİR


7-10-2013, 09:42
ELDAR HƏSƏNOVUN ORTAĞI BİZNESİNİ İTİRİR
FƏRHAD QƏRİBOVA XƏBƏRDARLIQ XARAKTERLİ İSMARIC GƏLDİ: İMTİNA ET...

DİA.AZ: - Parlamentdə təmsil olunan deputatların əksəriyyətinin biznesmen olması heç kimə sirr deyil. Onların bu fəaliyyəti qanunlarla yasaq olunsa da, buna məhəl qoyan yoxdur. Hər kəs öz işində, öz alverindədir.

DİA.AZ bildirir ki, bu barədə bizimxeber.az məlumat yayıb. Portala daxil olan məlumata görə, biznesmen deputatlardan sayılan Kürdəmir rayonundan Milli Məclisə seçilən Fərhad Qəribov daha bir biznesə əl qoyub.

İlk əvvəl qeyd edək ki, Fərhad Qəribov deputatlar arasında ən böyük biznesə sahib olanlardandır. Onun, paytaxtda fəaliyyət göstərən «Çıraq Plaza» oteli, restoranlar şəbəkəsi, ticarət obyektləri və mebel sexləri var. Fərhad Qəribov deputat olmazdan öncə «Azəri-Holdinq» maliyyə-sənaye qrupunun prezidenti kimi çalışıb. Bu ərəfədə onun nəzarətində bir çox biznes strukturları – «Debütbank», sığorta şirkəti daha fəal işləyib. Amma sonradan «Debütbank» müflis oldu, digər biznes şəbəkələrinin bir qismi olun əlindən çıxdı. Deputat hətta 18 miyon manat kredit götürməyə məcbur oldu ki, biznesini bərpa etsin.

Redaksiyamıza daxil olan daha bir məlumatda qeyd olunur ki, son günlər Fərhad Qəribov yeni biznes sahəsinə əl qoyub. O, gömrükdəki dostlarının əli ilə ölkəyə yeni model mobil telefonlarını gətirir. Bu telefonların satışı üşün o, «Neftçilər», Xalqlar« dostluğu və «28 May» metrostansiyalarının yaxınlığında telefon dukanları da açıb. Məlumata görə, bu biznesdən deputat külli miqdarda pul qazanır.

DİA.AZ bildirir ki, bu arada Fərhad Qəribovun keçmiş baş prokuror, hazırda səfir kimi fəaliyyət göstərən Eldar Həsənovla bağlı bir sıra mübhəm olaylara bulaşması ilə bağlı məlumatlar yayılıb. Mötəbər mənbələrdən redaksiyamıza ötürülən informasiyalardan aydın olur ki, artıq Eldar Həsənovun qələminin qırılması səbəbindən Fərhad Qəribovun da qara günləri başlayıb. Mənbə iddia edir ki, bu günlərdə deputata maraqlı bir ismarıc da daxil olub:

«Deputata açıq şəkildə biznesinin əhəmiyyətli hissəsini, həmçinin bir sıra obyektlərini hakimiyyətdə ciddi mövqe sahibi olan məmurlardan birinin qohumunun adına keçirməsi təklifi edilib. Və hətta bildirilib ki, əks halda hər şeyini itirməli olacaq və bu günə kimi imtina qərarı verənlərin aqibəti deputata misal çəkilib».
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt