Əsas Səhifə > Şou-biznes > NÜŞABƏ ƏLƏSGƏRLİ PEŞMAN OLUB

NÜŞABƏ ƏLƏSGƏRLİ PEŞMAN OLUB


20-01-2012, 12:28
NÜŞABƏ ƏLƏSGƏRLİ PEŞMAN OLUB

MÜĞƏNNİNİN BİZNESDƏ BƏXTİ GƏTİRMƏDİ

Hər zaman eyni stildə görməyə alışdığımız müğənni Nüşabə Ələsgərli yeni imici ilə izləyicisini təəccübləndirməyə çalışacaq.

Müğənni Milli.Az-a deyib ki, bu yenilik onun albomu üçün nəzərdə tutulub. Eyni zamanda o, yenilənən imici ilə tamaşaçısının rəyini öyrənməyə çalışacaq.

Qeyd edək ki, müğənni klip çəkilişinə də hazırlaşır. O, eyni vaxtda iki klip çəkdirəcəyindən xəbər verdi. Hazırda bu istiqamətdə hazırlıqlar davam edir.

Uzun illərdir gözəllik salonu işlədən Nüşabə xanımın heç də bu biznesdən qazanmadığını öyrəndik. Vaxtilə salon sənətçinin həyatında gəlirli sahəyə çevrilmişdisə, indi əksinədir. O, hətta xanımlara salon biznesini məsləhət görmədi.

"Ağlı olan indiki vaxtda salon açmaz. Bəzi insanlar mənim salondan külli qazanc götürdüyümü düşünürlər. Amma elə deyil. Bu sahə mənə gəlir gətirmir", - deyə sənətçi bildirdi.


Geri qayıt