Əsas Səhifə > Dünya > AMERİKA QOŞUNLARI ƏRƏB KÖRFƏZİNƏ GİRDİ

AMERİKA QOŞUNLARI ƏRƏB KÖRFƏZİNƏ GİRDİ


20-01-2012, 11:40
AMERİKA QOŞUNLARI ƏRƏB KÖRFƏZİNƏ GİRDİ

HƏLƏLİK BU OLAYI İRANLA ƏLAQƏLƏNDİRMİLƏR

ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinin təyyarə gəmilərindən ibarət həmləçi qrupu Ərəb körfəzinə daxil olub.

İTAR-TASS agentliyinin verdiyi xəbərə görə, “Abraam Linkoln” və “Karl Uilson” təyyarə gəmiləri Ərəb körfəzində döyüş növbətçiliyi edəçəklər. Bunlara Böyük Britaniyanın Portsmund limanından Ərəb körfəzində istiqamət götürmüş Britaniya Hərbi-dəniz qüvvələrinin ən müasir və güclü “HMS Daring” esminesi qoşulacaq.

Böyük Britaniya müdafiə nazirliyi bu qəmini Ərəb körfəzinə göndərilməsini İranda baş verən hadisələrlə heç bir bağlılığının olmadığını bildirib.

Analoji açıqlama ABŞ-ın Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Corc Little çıxış edib. Onun sözlərinə ABŞ-ın Ərəb körfəzinə təyyarə gəmilərini göndərməsi İranın Hörmüz boğazını bağlaması təhdidi ilə əlaqəli deyil . Körfəzdə gəmilərinin sayı mərkəzi komandanlıq tərəfindən vaxtaşırı dəyişdirilir. İki gəminin orada olması İrana qarşı hərbi əməliyyatın aparılmasına hazırlıq mənası daşımamalıdır.


Geri qayıt