Əsas Səhifə > Partiya > ABBAS ABBASOV GÖZLƏNİLƏNİ ETDİ: MÖVQEYİNİ AÇIQLADI

ABBAS ABBASOV GÖZLƏNİLƏNİ ETDİ: MÖVQEYİNİ AÇIQLADI


4-10-2013, 11:08
ABBAS ABBASOV GÖZLƏNİLƏNİ ETDİ: MÖVQEYİNİ AÇIQLADI
Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin (“AzerRos”) Ağsaqqallar Şurasının sədri Abbas Abbasov oktyabrın 1-də 14-cü ildönümünü qeyd edən qurumun fəaliyyəti və Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı fikirlərini bölüşüb. “Qafqazinfo” “Azerros”un saytına istinadən xəbər verir ki, Abbasov bu seçkilərdə də mövqeyinin hər zamanki kimi dəyişməz olduğunu bildirib:

“Mən uzun illər ümummilli lider Heydər Əliyevin həmçinin Azərbaycanın indiki prezidenti İlham Əliyevin rəhbərliyi altında işləmişəm. Və bu işdə ön planda hər zaman xalqa xeyir gətirmək dururdu. Mənim mövqeyim hər zamanki kimi dəyişməz olaraq qalır.

Hesab edirəm ki, 1991-ci ildən Azərbaycan böyük demokratik inkişaf yolu keçib və bu inkişaf davamlı olub. Mənim fikrimcə, ölkənin inkişaf və irəliləməsinin zəmanəti bu gün Azərbaycanın apardığı stabillik və davamlılıq kursudur.

Qurub-yaradılanlar dağıdılmamalıdır. Fikrimcə, düzgün kurs seçilib və o davam etdirilməlidir. Məhz bu, Heydər Əliyevin əsasını qoyduğu demokratik vətəndaş cəmiyyətini qoruyub-saxlamağa imkan verəcək. Biz onun xatirəsinə layiq olmalıyıq. Hamımız seçkilərə getməli və səs verməliyik. Hesab ediəm ki, İlham Əliyev layiqli xalqın layiqli seçimidir”.

Geri qayıt