Əsas Səhifə > Partiya, Manşet > YAP-DA PARÇALANMA AB-HAVASI HÖKM SÜRÜR

YAP-DA PARÇALANMA AB-HAVASI HÖKM SÜRÜR


19-01-2012, 17:06
YAP-DA PARÇALANMA AB-HAVASI HÖKM SÜRÜR

ŞOK: HAKİM PARTİYA YENİ BİR TƏŞKİLATA HAMİLƏDİR

DİA.AZ: - Hakim Yeni Azərbaycan Partiyası daxilində ciddi silkələnmənin olması barədə redaksiyaıza maraqlı faktlar daxil olub. Belə ki, hakim partiya içindəki mötəbər qaynaqlardan «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) daxil olan məlumatlardan aydın olur ki, YAP daxilində narazılıqlar uzun müddətdən bəridir ki, davam etməkdədir:

«Bu günə qədər yüzlərlə YAP üzvü var i, onlara müxtəlif formada vədlər verilib, ayrı-ayrı vəzifələrə təyin ediləkləri söylənilib, amma hələ də onlarla bağlı hansısa yenilik baş verməyib».

Mənbəmiz bildirir ki, konkret olaraq 20-yə yaxın fəal YAP üzvü bu günlərdə məxfi şəkildə prezident İlham Əliyevə müraciət ediblər: «Onların əsas hədəfləri hazırda YAP-ı yönəldən şəxslərdir. Onlar məktublarında YAP-ın icra katibi Əli Əhmədovdan və eləcə də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdən şikayətçidirlər».

Məlumatlarda deyilir ki, YAP-da uzun müddətdən bəridir ki, bir neçə nəfərə vəzifələr vəd edilir: «Hətta onların arasında nazir postuna «namizədlər» də var. Eləsi də var ki, əlində pulu vəzifəyə təyin olunacaı günü gözləyir. Bu atmosfer YAP daxilində adi yaşantıdır və istənilən bir məlumatlı YAP üzvü baş verənlərdən xəbərdardır. Amma buna baxmayaraq müəyyən bir qrup var ki, YAP-ı əməlli-başlı istismar edirlər».

Mənbəmizin sözlərindən belə aydın olur ki, əslində narazı YAP-çıların hakim partiyanın sədrinə açıq məktubla müraciət etmələri parçalanmanın ilk addımı kimi dəyərləndirilə bilər: «Bu məsələ gizli saxlanıla bilməz. Təbii ki, prezident də ittiham hədəfi olan YAP rəhbərlərinə müdafiə haqqı tanıyacaq və onlar da izahat verməli olacaqlar. Bu izahatın ardından isə narazı düşmüş YAP-çılarla narazılığa səbəb olan YAP rəhbərlərinin eyni təşkilatda qalmaqaları qeyri-mümkündür».

Onu da xatırladaq ki, bir müddət əvvəl YAP daxilində mərhum prezident Heydər Əliyevin tərəfdarları da baş qaldırmışdı və onlar da YAP-dan ayrılaraq yeni partiyanın təsis olunmasına girişmişdilər. Lakin sonda məlum oldu ki, həmin qrup «zərərsizləşdirilib». Hətta həmin narazı qrupda təmsil olunan qocaman YAP-çılardan birinin övladı vəzifəsindən də uzaqlaşdırıldı. Anoloji cəza mexanizminin indi də işə düşəcəyi ehtimalları həddindən artıq yüksəkdir. Nəinki YAP daxilində yaşanılan qalmaqalın həlli…

Mövzu diqqətimizdədir. Bizi izləyin…


Geri qayıt