Əsas Səhifə > Gündəm, Manşet > HAKİMİYYƏTİN İCRA BAŞÇILARI İLƏ BAĞLI YENİ PLANI

HAKİMİYYƏTİN İCRA BAŞÇILARI İLƏ BAĞLI YENİ PLANI


4-10-2013, 10:56
HAKİMİYYƏTİN İCRA BAŞÇILARI İLƏ BAĞLI YENİ PLANI
SEÇKİDHƏN SONRA OLİQARX-MƏMURLARIN HÖKMRANLIĞINA SON QOYULUR

DİA.AZ: - Məlumdur ki, bu gün ayrı-ayrı icra başçıları və onların rəhbərlik etdikləri rayonlar hansısa iri ranqlı məmurun nəzarət zonası hesab olunur. Yəni başçılar da həmin məmurlarının adamları kimi tanınır. Və illərdir ki, idarəetmə qeyri-leqal olaraq tətbiq olunan bu sistemə müraciət olunsa da, bu günlərdə belə bir xəbər yayıldı ki, rayonların oliqarx-məmurların nəzarətinə verən bu mexanizmadan imtina qərarı veriləcək. Və bu qərarın prezident seçkilərindən sonraya təsadüf edəcəyi də söylənilir.

Bununla bağlı DİA.AZ-a daxil olan son məlumatlardan aydın olur ki, prezident seçkilərindən sonra icra hakimiyyətlərilə bağlı çox ciddi islahatların həyata keçirilməsi gözlənilir. Mənbənin söylədikləri:

«Əslində bu mexanizmanın varlığı Azərbaycanda çoxhakimiyyətliliyin mövcud olmasına gətirib çıxarır. Bunun fəsadlarını daha çox hiss edən elə hakimiyyətin özü olur. Ən azından ona görə ki, istənilən halda mövcud şərait parçalanmadan xəbər verir. Və imkansızdır ki, münasibətlərində problemləri olan oliqarx-məmurların nəzarətlərindəki icra başçıları da sözü bir yerə qoysunlar. Belə nümunələr yetərincə olub. Hətta olub ki, məhz «ağasının» münaqişəli durumu səbəbindən hansısa nazirin rəsmi göstərişlərini belə qulaqardına vurani icra başçıları ilə bağlı hadisələr yaşansın».

Mənbəmiz iddia edir ki, prezident İlham Əliyev bu ilin fevral ayının 12-də icra başçılarının geniş tərkibinin iştirakı ilə müşavirə keçirdi: «Həmin müşavirədə «mən sizi vəzifəyə təyin etmişəm» deyən prezident əslində oliqarxlara söykənən başçıları hədəfə almışdı. Yəni onlara yeni qaydaların tətbiq olunacağını anons etməkdə idi. Lakin bunu fərqli şəkildə yozanlar da oldu. Məsələnin mahiyyətində dayanan əsas məqam isə rayonlardakı oliqarx hökmranlığına son qoyulması niyyəti idi».

Mənbəmizə görə, artıq bununla bağlı islahatlar planı hazırlanıb: «Doğrudur, burada bələdiyyələrin səlahiyyətlərinin artırılması ilə bağlı da müəyyən məqamlar var. Amma icra hakimiyyətlərinin ləğvi gözlənilmir. Lakin əsas olanı yeni uyğulamalarda kimin qalacağı, kimin yola salınacağıdır».

Mənbəmiz bildirir ki, bu gün məmur çətirinə güvənən bütün icra başçılarından imtina olunacaq: «Daha baxılmayacaq ki, bu adam görəvində yendir, yoxsa ködhnədən qalıb. Odur ki, kimsə rahatlanmasın. Amma ola bilər ki, yeni şərtlər altında köhnə kadrlarla da işləsinlər».

Geri qayıt