Əsas Səhifə > Hadisə > DAXİLİ QOŞUNLARDA ŞOK FACİƏ

DAXİLİ QOŞUNLARDA ŞOK FACİƏ


4-10-2013, 10:33
DAXİLİ QOŞUNLARDA ŞOK FACİƏ
Azərbaycanda hərbçinin meyiti tapılıb. Hadisə Gəncə şəhərində qeydə alınıb.

Kəpəz rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, meyiti tapılan şəxs Daxili Qoşunların əsgəri, Ağdam rayonunda qeydiyyatda olan 1989-cu il təvəllüdlü Cəfərov Vüqar Süleyman oğludur.

Meyit şəhərin Nərimanov prospektində yolun kənarındakı ağacda asılmış vəziyyətdə aşkarlanıb. Hərbçinin intihar etdiyi güman edilir.

Geri qayıt