Əsas Səhifə > Sosial, Manşet > HEYDƏR BABAYEV BAKIYA QARŞI PLANDA VAR İMİŞ

HEYDƏR BABAYEV BAKIYA QARŞI PLANDA VAR İMİŞ


4-10-2013, 09:48
HEYDƏR BABAYEV BAKIYA QARŞI PLANDA VAR İMİŞ
KEÇMİŞ NAZİRİN HƏBSİ BELƏ GÜNDƏMDƏDİR, ONA GÖRƏ BAKINI TƏRK EDİR

DİA.AZ: - Bu günlərdə mətbuatda belə bir məlumat yayıldı ki, keçmiş iqtisadi inkişaf naziri Heydər Babayev yeni bank açmağa hazırlaşır. Xəbərə görə, keçmiş nazirin yeni bankı Londonda fəaliyyət göstərəcək.

Məlumatda deyilir ki, bir zamanlar Bakıda böyük imkanlara sahib olan bu şəxs vəzifədən getdikdən sonra çox şeylər itirməli olub. Lakin həmin itirdiklərini yenidən əldə etmək üçün Azərbaycanda fəaliyyəti də səmərə verməyib. Ona görə də, Qərb ölkələrinə üz tutmalı olub. Bu səbəbdən də ən əlverişli yer kimi İngiltərəni seçib ki, yaxın günlərdə də həmin bankın rəsmi təqdimatı olacağı deyilir.

DİA.AZ bildirir ki, əslində Heydər Babayevin İngiltərədə yenidən bank işinə qayıtması təsadüfi deyil. Doğrudur, iqtisadi-siyasi baxımdan Rusiya aid şəbəkələrə yaxın olan Heydər Babayev normalda Kremlə sığınmalı idi. Və əslində belədir də.

Daxil olan məlumatlardan aydın olur ki, Heydər Babayev elə İngiltərədə bank işinə Rusiyanın siyasi dairələrinə bağlı olan və gürcü dövlət başçısı Saakaşvili tərəfindən Kremlin antiAzərbaycan siyasətində yer aldığı iddia edilən «LukOYL»un prezidenti Vahid Ələkbərovla ortaq girişir.

Qeyd edək ki, Vahid Ələkbərov mətbuata verdiyi açıqlamasında Saakaşvilini inkar etmişdi və Azərbaycana qarşı hər hansı dövlət çevrilişi layihəsində yer almadığını söyləmişdi. Amma bunun nə qədər həqiqət olduğunu müəyyən etmək o qədər də çətin deyil. Və sonradan Vahid Ələkbərovun «Milyarderlər İttifaqı» çərçivəsində rəsmi Bakıya qarşı atılan addımları dəstəkləməsi də Saakaşvilinin haqlı olduğunu ortaya qoymuşdu.

İndi isə bəlli olur ki, Heydər Babayev Vahid Ələkbərovla bank açır. Qeyd edək ki, Heydər Babayev bu hakimiyyət komandasından dışlanan bir fiqurdur və hətta builki prezident seçkilərində belə rəsmi Bakıya dəstəyini ifadə etməyib. Bu barədə jurnalistlərin israrları da yetərli olmayıb. Deməli, keçmiş İİN şefi əslində hansı düşərgədə olduğunu tam çılpaqlığı ilə ortaya qoymaqdadır.

Gələk onun nədən İngiltərəyə dönüş etməsi məsələsinə. DİA.AZ-a daxil olan informasiyalarda qeyd olunur ki, əslində Heydər Babayevin məhz antiBakı planlarında yer alması səbəbindən YAP iqtidarının hədəfinə çevrilməsi faktı mövcuddur: «Hətta prezident seçkilərindən sonra onun köhnə cinayət əməlləri, yeyinti faktları ittihamı ilə həbsi belə gözlənilir. Məhz bu səbəbdən Heydər Babayev bəri başdan Bakını tərk etməyi düşünür. Onun hətta Bakıdakı daşınmaz əmlakını belə satışa çıxarması faktı var ki, bütün bunlar da müvafiq qurumların nəzərlərindən yayınmayıb».

Geri qayıt