Əsas Səhifə > Cəmiyyət > OQTAY ŞİRƏLİYEVDƏN ƏCAİB QƏRAR
OQTAY ŞİRƏLİYEVDƏN ƏCAİB QƏRAR19-01-2012, 16:14 |
AZƏRBAYCANDA TOYUQ DÖNƏRİ QADAĞAN OLUNDU Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) qidalanma gigiyenası bölməsi Azərbaycanda toyuq dönərinin satışının qarşısının alınması ilə bağlı yerli bölmələrinə göstərişlər verib. Bu barədə APA-ya RGEM-nin qidalanma gigiyenası bölməsi müdiri İmran Abdullayev bildirib. Onun sözlərinə görə, mərkəzin Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun bölmə müdirlərinin iştirakı ilə keçirilən müşavirədə bununla bağlı qərar qəbul olunub. İ.Abdullayev deyib ki, Azərbaycanda toyuq dönərinin satışına rəsmi şəkildə qadağa qoyulmasına baxmayaraq bu məhsulun satışı yenə də davam etdirilir: ”Əvvəlki illərə nisbətən toyuq dönərinin satışı azalıb. Amma indi bir çox dönərxanalarda adətən günorta saat 15-16-dan sonra toyuq dönərlərinin hazırlanmasına başlanılır. Onlar səhər saatlarında bunu etmirlər, çünki nəzarətdən və yoxlamalardan çəkinirlər. Belə hallara çox rast gəlinir. Ona görə də bu məsələlər tam ciddiləşməli və məsuliyyət dərəcələri artırılmalıdır. Şöbələrimizə tapşırıqlar vermişik ki, toyuq dönəri satılan obyektlərə nəzarəti gücləndirsinlər və qarşısını alsınlar". Şöbə müdiri bildirib ki, toyuq əti infeksiyanı özündə saxlayan və onun artmasına şərait yaradan məhsul olduğundan toyuq dönəri riskli məhsul sayılır. Xatırladaq ki, Azərbaycanda toyuq ətindən dönərin hazırlanmasına 2006-cı ildən qadağa qoyulub. Qadağa qoyularkən ölkədə "quş qripi" xəstəliyinin olması təhlükəsi nəzərə alınıb. "Quş qripi" xəstəliyinin yayılması təhlükəsi mövcud olduğundan qadağa hələ də öz qüvvəsini saxlayır. Geri qayıt |