Əsas Səhifə > Ölkə, Manşet > ŞOK: KEÇMİŞ REKTOR FRANSADAN KƏNARA ÇIXA BİLMİR

ŞOK: KEÇMİŞ REKTOR FRANSADAN KƏNARA ÇIXA BİLMİR


3-10-2013, 14:54
ŞOK: KEÇMİŞ REKTOR FRANSADAN KƏNARA ÇIXA BİLMİR
ELŞAD ABDULLAYEVƏ QADAĞA QOYULUB?

DİA.AZ: - Təhsil nazirliyi tərəfindən lisenziyası ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevlə bağlı ilginc məlumat almışıq. DİA.AZ-a Avropadakı soydaşlarımız tərəfindən verilən məlumatlardan aydın olur ki, bu günlərdə Elşad Abdullayev İsveçrənin Bazel şəhərinə yerli Azərbaycan mühacir dərnəklərindən birinin dəvəti ilə tədbirdə iştirak etmək üçün getmək istəsə də, buna imkan verilməyib.

Soydaşlarımız bildirir ki, Fransa polisindən Elşad Abdullayevə ölkə ərazisini tərk etməməsi bildirilib: «Bunun səbəbi anlaşılan deyil. Ola bilsin ki, Elşad Abdullayev barəsində artıq Fransanın hüquq-mühafizə orqanları hansısa qərarı çıxarıblar. Əks halda, ona belə bir qadağa qoyula bilməzdi. Çünki Elşad Abdullayev artıq öz pasportu ilə Fransa ərazisində hərəkət edir və onu bir dəfə polisə Azərbaycanın interpola etdiyi müraciətlə bağlı dəvət ediblər».

Soydaşlarımız onu da əlavə etdi ki, artıq Elşad Abdullayev üzləşdiyi situasiyanın gərginliyi içindədir: «Hətta gizli yolla Fransanı tərk etməyi də düşünür».

Geri qayıt