Əsas Səhifə > Dünya > ERMƏNİLƏR GÜRCÜ VİTSE-SPİKERİ HƏDƏFƏ ALDI

ERMƏNİLƏR GÜRCÜ VİTSE-SPİKERİ HƏDƏFƏ ALDI


19-01-2012, 14:45
ERMƏNİLƏR GÜRCÜ VİTSE-SPİKERİ HƏDƏFƏ ALDI

FRİDON TODUANIN QARABAĞ MÖVQEYİ İRƏVANI QƏZƏBLƏNDİRİB

DİA.AZ: - Azərbaycana səfərə hazırlaşan Gürcüstan parlamentinin sədr müavini Fridon Toduanın «Azərbaycan və Gürcüstan işğal olunmuş torpaqlarını tezliklə azad edəcəklər, çünki bu, bizim torpaqlardır» şəklində açıqlaması İrəvanda böyük qəzəbə səbəb olub.

Bu barədə məlumat yayan «paonrama.am» saytının bildirdiyinə görə, gürcü parlamentariyə Ermənistan adından erməni parlamentinin vitse-spikeri Eduard Şarmazanov cavab verib.

Məlumatda deyilir ki, Eduard Şarmazanov açıq-aşkar gürcü həmkarını təhqirdən belə çəkinməyib, onu reallıqdan uzaq danışmaqda ittiham edib. Şarmazanov Toduaya belə deyib: «Todua gedib qədim gürcü əlyazması olan «Kartlis çxovreba»nı oxusun. Orada Qafqazın yerli xalqlarının kimliyi barədə dəqiq məlumat verilir. Orada yalnız ermənilərdən və gürcülərdən danışılır, azərbaycanlılardan isə heç kəlmə də yoxdur. Yəqin ki, bundan sonra Fridon Todua qonşu erməni xalqından açıqlamasına görə üzr istəyəcək».


Geri qayıt