Əsas Səhifə > Ölkə, Manşet > MƏHƏRRƏM ƏLİYEVİN KÖNLÜNDƏN HANSI VƏZİFƏ KEÇİR?
MƏHƏRRƏM ƏLİYEVİN KÖNLÜNDƏN HANSI VƏZİFƏ KEÇİR?3-10-2013, 12:14 |
KEÇMİŞ «QOROTDEL» RƏİSİ YAXINLARINA YENİ VƏZİFƏ MÜJDƏSİ VERİB DİA.AZ: - Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri postunu tutan Məhərrəm Əliyevin Prezident Administrasiyasında özünü diskomfort hiss etməsilə bağlı məlumatlar neçə müddətdir ki, dövrü mətbuatda yer almaqdadır. Bildirilir ki, keçmiş «qorotdel» rəisi hətta PA-dakı vəzifəsindən imtinaya da bir neçə dəfə qərar verib. İndi isə DİA.AZ-a Məhərrəm Əliyevlə bağlı yeni informasiya daxil olub. Hökumət içindəki məlumatlı mənbələrdən DİA.AZ-a ötürülən xəbərə görə, Məhərrəm Əliyev əslində PA-da yox, başqa bir strukturda işləmək niyyətindədir və bununla bağlı müəyyən danışıqlara da baş vurub. Mənbə bildirir ki, prezidentinin 30 noyabr 2012-ci il tarixli Sərəncamı ilə general-leytenant hərbi rütbəsi verilməklə həqiqi hərbi xidmətə qəbul edilən Məhərrəm Əliyev Müdafiə Nazirliyində yüksək vəzifə peşindədir: «Təbii ki, hazırki nazir Səfər Əbiyevə prezidentin ciddi etimadı var və bunu Məhərrəm Əliyev də yaxşı bildiyindən, onun maraqları tamam başqadır». Mənbəyə görə, Məhərrəm Əliyev müdafiə nazirinin müavini postuna iddialıdır və özü bu barədə hətta yaxınlarına müjdə də verib ki, guya prezident seçkilərindən sonra onu nazir postuna gətirəcəklər. Mənbəmiz MN-də belə bir tədarükün olmadığını söyləməklə yanaşı onu da əlavə etdi ki, Məhərrəm Əliyev kimi konfliktli fiqurla işləmək həvəsi çətin ki MN rəhbərliyində olsun: «Məhərrəm Əliyev hara getsə, özü ilə problemləri də daşıyacaq. Belə bir yükün altına girmək isə kimsə üçün sərfəli deyil». Geri qayıt |