Əsas Səhifə > Gündəm, Manşet > NARDARANDA MÜTƏLLİBOV ÜSYANI

NARDARANDA MÜTƏLLİBOV ÜSYANI


28-09-2011, 12:47
NARDARANDA MÜTƏLLİBOV ÜSYANI

«PREZİDENTİMİZİ GERİ QAYTARIN!!!»

DİA.AZ: - Bu gün səhər saatlarından etibarən Bakının Nardaran kəndi ərazisində etiraz aksiyaları yenidən baş qaldırıb. Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) kənd sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, səhər namazından sonra sakinlər kənd məscidinin yanında toplaşmağa başlayıblar:

«Tələbləri keçmiş prezident Ayaz Mütəllibovun vətənə qaytarılmasıdır və əgər hakimiyyət Mütəllibovun dönüşünə şərait yaratmazsa, o zaman Nardaranda davamsız aksiyalar keçiriləcək».

Xatırladaq ki, oğlu Azad Mütəllibovun faciəli vəfatından sonra azərbaycana dönüşünə şərait yaradılan müstəqil Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov sentyabr ayının 18-də təkrarən Rusiyaya dönmək məcburiyyətində qaldı.

Onun vətəndə birdəfəlik qala bilməsi üçün isə eks-prezidentlər haqqında qanunun qəbuluna ehtiyac var və qeyri-rəsmi məlumatlara görə, artıq hakimiyyət dairələri keçmiş prezidentlə bağlı vahid qərar veriblər. Yəni onun qanunun qəbulundan sonra Bakıya dönüşü normal qarşılanacaq.

Amma buna rəğmən Nardaran kəndindən Ayaz Mütəllibova dəstək aksiyaları start götürüb. Ekspertlərin qənaətinə görə, Nardarandakı aksiyalarda kənar qüvvələrin barmağının olması istisna deyil. Çünki əgər rəsmi Bakı keçmiş prezidentin dönüşünə şərait yaratmağa hazırdırsa, bu məsələdə süni təzyiq vasitələrinin ortaya atılması daha çox təxribatçılıqdır.


Geri qayıt