Əsas Səhifə > Ölkə, Manşet > AZMİU-NUN BƏXTƏBƏR RƏHBƏR HEYƏTİ
AZMİU-NUN BƏXTƏBƏR RƏHBƏR HEYƏTİ2-10-2013, 15:16 |
ADAMLARIN BƏXTLƏRİ ÜZDƏDİR DİA.AZ: - Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Təlim-tərbiyə üzrə prorektoru Tofiq Qasımovdan narazılıq edənlər var. Bu barədə DİA.AZ-a daxil olan məlumatda deyilir. Bildirək ki, daxil olan məlumatlarda prorektorun universitet daxilində, ona həvalə olunmuş sahədə apardığı işə, digər tərəfdən isə AzMİU-nun müəllimləri üçün kooperativ əsaslarla inşa olunmuş binadakı mənzillərin bölüşdürülməsi zamanı yol verilən müxtəlif maxinasiyalara bulaşması iddia olunur. Redaksiyamıza daxil olan məlumatlarda iddia olunur ki, bu gün Memarlıq və İnşaat Universitetində tələbələrdən rüşvət yığımı indiyə qədər müşahidə olunmamış bir həddə çatıb: “Təbii ki, rüşvətxorluğun kök saldığı bir çox ali məktəblərdə olduğu kimi burada da pul yığımları üçün əsas bəhanə sessiya imtahanlarıdır. Məlumatlarda bildirilir ki, semestr imtahanlarında hər tələbədən bir fənn imtahanına görə alınan pulun minimal məbləği 100 manat təşkil edir. Digər tərəfdən isə öz biliklərinə güvənərək rüşvət verməkdən imtina edən tələbələrə qarşı da müxtəlif təsir vasitələrindən istifadə olunur. Bu xüsusda müxtəlif instansiyalara müraciət edən tələbələr bəzi hallarda rüşvət alan müəllimlərin konkret adlarını açıqlamasalar da onların kimliyini müəyyənləşdirməyin heç də çətin olmadığını vurğulayırlar. Bununla belə universitetdə həyata keçirilən rüşvət yığımlarının arxasında bilavasitə Təlim-tərbiyə üzrə prorektor Tofiq Qasımovun durduğu da bütün məlumatlarda birmənalı şəkildə vurğulanır. Az öncə qeyd etdiyimiz kimi AzMİU-nun prorektoruna qarşı irəli sürülən ittihamlar heç də yalnız onun pedaqoji fəaliyyəti ilə bağlı deyil. Mənbələr bildirirlər ki, bir müddət əvvəl T.Qasımov universitetin professor-müəllim heyəti üçün yeni yaşayış binasının tikintisi məqsədilə yaradılmış kooperativin sədri seçilmişdir. N.Nərimanov heykəlinin yaxınlığında inşa olunmuş bu bina hazır olduqdan sonra isə mənzillərin bölüşdürülməsi məqsədilə guya ki, püşkatma keçirilmişdir. Maraqlıdır ki, birbaşa kooperativ sədrinin nəzarəti altında keçirilən püşkatma mərasiminin nəticəsi də elə ilk növbədə T.Qasımovun öz şəxsi maraqlarına tam uyğun olmuşdur. Belə ki, püşkatma nəticəsində prorektor həmin binada bir 4 otaqlı mənzilə və bir də binanın altında yerləşən obyektə sahib olmuşdur. Qeyd etmək istərdik ki, biz bu bölgünün nə dərəcədə obyektiv keçirildiyinə dair Tofiq müəllimin özü ilə də telefon vasitəsilə bir qədər söhbətləşə bilmişik. Etiraf edək ki, söhbətimizin nəticəsi bizim üçün bir qədər gözlənilməz olsa da, çox böyük maraq kəsb etdi. Belə ki, verilən suallardan qıcıqlandığı hiss olunan T.Qasımov, bəlkə də özü belə istəmədən maraqlı açıqlamalar vermiş oldu. Prorektor keçirdiyi püşkatmanın nəticələrini şübhə altına aldığımızdan hiddətlənərək binanın altında yerləşən obyektlərə tək onun sahib olmadığını da vurğuladı. Onun sözlərinə görə həmin obyektlərdən püşkatma nəticəsində AzMİU-nun rektorunun və digər prorektorların da “bəxtinə düşüb”. Razılaşın ki, hər necə olubsa, bu püşkatma mərasimi tamamilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin sırf rəhbər işçilərinin maraqlarına müvafiq nəticələnib...Yeri gəlmişkən, məlumatlarda bu da qeyd olunur ki, Tofiq Qasımov öz bəxtinə düşmüş obyektin artıq açılışını da etmişdir. Belə ki, bu gün həmin obyekt “ST” özəl tibb müəssisəsi kimi fəaliyyət göstərir. Necə deyərlər, xeyirli olsun. Ən azından AzMİU-nun müəllimləri artıq yaşadıqları binadan kənara çıxmadan müxtəlif tibbi xidmətlərdən də istifadə edə biləcəklər. Geri qayıt |