Əsas Səhifə > Partiya > RÜSTƏMXANLI İRAQ TÜRKMANLARININ DƏRDİNİ DANIŞDI

RÜSTƏMXANLI İRAQ TÜRKMANLARININ DƏRDİNİ DANIŞDI


19-01-2012, 12:49
RÜSTƏMXANLI İRAQ TÜRKMANLARININ DƏRDİNİ DANIŞDI

“MƏKANDAKI NARAHATLIQLAR TEZLİKLƏ ARADAN QALXSIN”

Milli Məclisdə Azərbaycan parlamentinin İslam Əməkdaşlıq Təşkilatındakı nümayəndə heyəti ilə Bakıda səfərdə olan İraq parlamenti üzvlərinin görüşü keçirilib. APA-nın məlumatına görə, görüşdə çıxış edən Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatındakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Gövhər Baxşəliyeva bildirib ki, İraq və Azərbaycan arasında tarixi bağlılıq var: “Biz Azərbaycan xalqı olaraq həmişə ərəb dünyasında baş verən hadisələri narahatlıqla izləmişik. İstəyirik ki, bu məkandakı narahatlıqlar tezliklə aradan qalxsın”.

İraq parlamentinin Xarici əlaqələr komitəsinin sədri, nümayəndə heyətinin rəhbəri Hammam Hamudi isə Azərbaycana səfərlərinin nəticələrindən razı olduqlarını söyləyib: “Azərbaycanın BMT Təhlükəsizlik Şurasında təmsil olunmasını özümüz üçün də qürur hesab edirik. Qarabağ probleminin mövcudluğundan üzülür və yaxın vaxtlarda problemin həll olunacağına ümid edirik”.

Görüşdə çıxış edən millət vəkili Sabir Rüstəmxanlı qeyd edib ki, İraqdakı savaşın bu ölkəyə necə təsir göstərdiyi bəllidir: “İraq bizə iraq deyil. Azərbaycanın böyük hissəsi Cənubi Azərbaycandır və o ərazi Kərkük və şimali İraqla sərhəddir”.

S. Rüstəmxanlı İraq türkmənlərinin problemlərini də qonaqların nəzərinə çatdırıb.


Geri qayıt