Əsas Səhifə > Partiya > ŞEYXİN QARDAŞI HAFİZ HACIYEVİ QINADI

ŞEYXİN QARDAŞI HAFİZ HACIYEVİ QINADI


2-10-2013, 12:25
ŞEYXİN QARDAŞI HAFİZ HACIYEVİ QINADI
DİA.AZ millət vəkili Cavanşir Paşazadənin “Qafqazinfo”ya müsahibəsini təqdim edir:

- Prezident seçkilərinə bir həftə qalıb. Seçkiqabağı mühiti necə qiymətləndirirsiniz?

- Seçkiləri demokratik şəkildə keçirtmək üçün böyük hazırlıqlar gedir. Seçkilərlə bağlı hər hansı problem görünmür. Hələ ki, ötən debatlarda namizədlər bir-birinə 1990-91- ci illərdəki oğurluqlarını deməklə yadda qalıblar.

- Yəni debatları izləyirsiz?

- Bəli, izləyirəm. Əvvəla, debatlarda İlham Əlievə rəqib kimi bir namizəd görmürəm. İkincisi isə debatlara maraq üçün baxıram. Görüm ki, bunların daxilində nə maraq var. Mən elə bilirəm ki, Azərbaycanın 80 faizi də elə o maraqla baxır. Orda konsepsiyadan danışan adam yoxdur. Konsepsiya əvəzinə başqa şeylər, bir-birlərinə qarşı iddialar irəli sürülür, şəxsi məsələlər ortaya çıxarılır. Sadəcə ayıbdır.

- Daha çox Hafiz Hacıyevin davranışları müzakirə olunur. Tələb olunur ki, onun namizədliyi ləğv olunsun...

- Mən bəlkə Hafiz Hacıyevlə bir dəfə də olsun üz-üzə görməmişəm. Mətbuatdan izlədiyim qədər deyə bilərəm ki, heç düzgün hərəkətlər etmir. Məsələn, heç efirdə də prezidentliyə namizədin dilindən “at oğrusu” ifadəsi çıxar? Bilirsən, debatlara kənar dövlətlər baxırsa, bu bizim üçün yaxşı deyil. Öz əksiklərimizi xaricilərə də göstərmək düzgün deyil.

- Düşünürsünüz ki, oktyabrın 9-u rahat seçki keçəcək, heç bir şey baş verməyəcək?..

- Heç nə baş verməyəcək. Toy bayramla seçki keçiriləcək. Hava da yaxşı olacaq. Artıq 10-na keçən gecə cənab prezidentimizi təbrik edə biləcəyik.

- Bu günlərdə Əlikram Hümbətovun Ermənistana səfəri ciddi müzakirə olunur. Siz bu hadisəni necə qiymətləndirirsiniz?

- Məsələyə iki cür yanaşmaq olar. Bir tərəfdən Əlikram Hümbətovdan danışmağa dəyməz. İkinci tərəfdən isə təkcə ona görə bu mövzuya baş vurmaq lazımdır ki, bu hadisə əslində erməninin özünün kimliyini ortaya qoyan faktdır. Çünki Əlikramın kimliyi Azərbaycan xalqına da, dövlətinə də məlumdur. Həm Əlikram Hümbətovun, həm də ermənilrin elədiyinin heç bir məntiqi yoxdur. Heç bədənində beş millətin qanı axan adam da belə etməzdir. İndi mən bunun izahını verim siz də baxın. Əlikram Hümbətov 1991- ci il də müdafiə nazirinin müavini olub. O Lənkərandakı diviziyanı ələ keçirib. O zaman o diviziya ilə Ermənistana qarşı müharibə edib. Bunla erməni xalqını müəyyən qədər qırıb. Gör ermənilər nə qədər əskik bir xalqdır ki, onun insanlarını qıran adamı ölkələrin ədəvət edib-gül çiçəklə qarşılayırlar. Heç olmasa həmin vaxt Əlikram Hümbətov tərəfindən qətlə yetirilən ermənilərin ruhuma hörmət etsinlər. Gör indi Əlikram da nə qədər axmaq adamdır ki, gedib onların qəbri üstünə gül dəstələri qoyur. Bu hansı məntiqə sığışır? Yəni bunun altında nə durur? Bu millət millət deyilmi? Onlar bu hadisə ilə əslində hər şeylərindən, qeyrətlərindən, namuslarından da keçməli olsa da, bizə qarşı münasibəti gizlədə bilməyiblər. Ancaq dünya bunları görür.

Heç olmasa bu ermənilərin bir az ağılları olardı. O qədər var ki, atasından-anasından bezib xaricdə yaşayan. Onlardan birini gətirib bizə qarşı danışdırardılar da... Vaxtilə Əlikram Hümbətov Lənkəran bölgəsində yaşayıb işləyib. Əslinə qalsa heç o talış da deyil. Əsli nəsli haralıdır bilinmədi heç.

- Yəni düşünürsüz ki, ermənilər bu hərəkətlə özlərini biabır etdilər...

- Bəli. Erməninin qardaşını öldürən, bacısını ərsiz saxlayan birini hansı qeyrətlə qəbul edirlər? Erməniylə Əlikram Hümbətov eyni səviyyədədir.

- Seçki ilə bağlı rayonlarda olmusunuzmu?

- Doqquz görüş keçirtmişik. İki gündən sonra yenə gedəcəm.

- Yəni seçkidə rayonda olacaqsız?

- Bəli.

- Camaat hansı problemləri daha çox qaldırır?

- Bilirsiz söhbət indi nədən gedir? Məsələn, yollar 1, 2, 3, 4- cü olmaqla, müxtəlif dərcələrə bölünür. 1-ci dərəcəli yollar magistral yollardır. Bu yolar artıq bir neçə ildir ki, bütün ölkə bpyu tam çəkilərək başa çatdırılıb. 2-ci dərəcəli yollar rayonların içində olan yolardır, bu yollar da son vaxtlar tam şəkildə təmir edilib, yenidən çəkilib. 3-cüsü kəndlərə, 4-cü isə hər küçəyə dənən olan yollardır. Deməli bu gün hazırda 3-cü və dördüncü mərhələli yolların çəkilməsi prosesi gedir. Cənab prezident Lənkəranda Nərimanabad yolunun çəkilməsinə vəsait ayırıb. Adamlar isə məndən xahiş elədilər ki, o qazla yolu bir çəksinlər. Yəni söhbət ondan gedir ki, artıq ucqar kəndlərin qazlaşdırılması, yollarının çəkilməsi prosesi gedir. İnsanların həyat şəraiti getdikcə yaxşılaşır. İşıqları 24 saat yanır. Qazları var.

Məncə İlham Əliyevlə bağlı üç önəmli mərhələni qeyd etmək lazımdır. Birinci mərhələ 2003-2008-ci illərə təsadüf edir. Hansı ki, o vaxt bir çox qüvvələr hesab edirdilər ki, cavandır, dövləti idarə etməyə təcrübəsi çatmayacaq. Birinci beşillikdə məncə prezidnetimiz öz adının möhürünü vurdu. İkinci prezidentlik dövründə bölgənin liderinə çevrildi. Artıq şimalda, cənubda, qərbdə Azərbaycan tanınır. Etiraf edin ki, bu bölgənin heç bir lideri cənab prezidentlə müqayisə oluna bilməz.

- Üçüncü beşillikdən nə gözləyirsiniz?

- Mən elə bilirəm ki, üçüncü mərhələdə Avropa öz məsləhətlərini Azərbaycandan alacaq. Yeni İlham Əliyev Avropanın liderlərindən biri olacaq. Əsl həqiqətdə Azərbaycan budur. Heydər Əliyev müstəqilliyimizlə yanaşı iqtisadiyyatımızı da yaratdı. Bu daimi olmalıdır. Buna da rəhbərliyi ancaq İlham Əliyev cənabları etməlidir. 7-8 il bundan qabaq xaricdə Azərbaycan deyəndə o qədər də tanınmırdı. İndi isə tanınır. İndi dünya ölkələrinin hava proqnozu verilnədə Azərbaycanın adı ilk sıralarada yer alır. Bundan artıq xoşbəxtlik ola bilərmi? İndiki namizədlər hələ namizədliklərini tanıtdırırılar, özlərini təqdim etməklə məşğuldurlar, amma bizim namizədimizin belə tanışlığa ehtiyacı yoxdur. Kim Azərbaycanda İlham Əliyevin haqqında saatlarla danışmaz?

- Yaxın günlərdə əfv fərmanının veriləcəyi gözlənilir. Sizin bundan xəbəriniz var?

- Məncə, əfv olacaq. Bu günə, sabaha gözlənilir.

Geri qayıt